URMU SOYQIRIMI (5-ci bölüm)
ƏHMƏD URMUOĞLU
Urmu çevrəsində müqavimət mərkəzlərindən biridə Nazlı çay mahlında yerləşən Mərəngəli kəndi olmuş və çevrə kəndlərdəndə bir çox insan buraya sığınmışdır. Yaz bayramından 22 gün keçmiş 13 aprel 1918-ci ildə (22 fərvərdin 1297) yənə erməni-asurilər ağır və yüngül silahlarla bu kəndə hücum edib və şiddətlə kəndi top atəşinə tutub və burada da günahsız kənd əhalisini vəhşicəsinə öldürürlər. Mərəngəli kəndinin əhalisi müqavimət göstərib və düşmənə ağır təlafat verib, lakin bu vəhşilərin qarşısında artıq müqavimət mümkün olmayıb və onlar kəndi işğal edirlər. Mərəngəli kəndi ışğalı edildikdən sonra əhalinin bir çoxu qətliam edilir, sağ qalanların bir bölümü dağlara qaçıb qayalıqlarda gizlənsələrdə, hamısı erməni-asuri silahlıları tərəfindən öldürülür, bəziləri də Əsgərabad kəndinə qaçaraq buraya sığınırlar. Mərəngəli kəndinin işini bitirən bu canilər, indi də başqa bir müqavimət mərkəzlərindən biri olan Əsgərabad kəndini işğal etməyə hazırlaşırlar. Onlar 18 aprel 1918-ci ildə (27 fərvərdin 1297) böyük bir orduyla Nazlı çay mahalında yerləşən bu kəndə hücum edirlər. Əsgərabad kəndinin möhkəm qalası olduğu üçün ətraf kəndlərdən bir çox insan bu kəndə sığınmışdır. Bu kənd 1880-ci ildə də qəddar Şeyx Ubeydüllah Şəmdinlinin başçılığında Osmanlı və Azərbaycanın qərbində yaşayan Kürd əşirətlərinin vəhşi hücumuna məruz qalmış və bu zamanda böyük müqavimətdən sonra əhalisi kürdlər tərəfindən dəhşətli bir soyqırımıa məruz qalmışdır.
38 il bu dəhşətli faciədən sonra Əsgərabadın qəhrəman əhalisi və buraya sığınan dinc və çarəsiz azərbaycanlılar, bir daha ölümlə üz-üzə gəlirlər. Kəndin əhalisi və onun qoçaq müdafiəçiləri qorxu bilmədən bu qudurqan düşmənin qarşısında kəndlərini və öz şərəf və namuslarını müdafiə edirlər. Erməni-asuri silahlıları tam səggiz gün gecə-gündüz demədən, kəndi ağır silahlar və toplarla atəşə tutsalarda, kənd əhalisi və onun döyüşçülərinin müqavimət gücü və onların möhkəm iradəsini qıra bilmirlər. Onlar necə qoçaq azərbaycanlı və Türk olduqlarını bir daha bu cinayətkarlara göstərirlər. Düşmənin hər cəhətdən qat-qat üstün olmasına baxmıyaraq, onlar qəhrəmancasına və böyük cəsarətlə vuruşurlar, lakin ağır döyüşlərin doqquzuncu günündə atılan saysız top güllələrindən dolayı, qala duvarlarında böyük yıxıntılar əmələ gəlir və bu səbəbdən də erməni-asuri silahlıları kəndə girməyi bacarırlar. Erməni-asurilər, Əsgərabad əhalisinin doqquz gün qəhrəmancasına göstərdiyi müqavimət nəticəsində böyük itgilər verdiyi üçün kənd əhalisindən intiqam alaraq, elə bir qəddarlıq və elə bir vəhşiliklərə əl atıb və elə bir cinayətlər törədirlər ki, gərçəkdən qələm onları yazmaqdan və dil onları söyləməkdən acizdir.
Erməni-asuri cinayətkarları kəndə girdikdən sonra əhalini istisnasız vəhşicəsinə qətliam edirlər. Onlar, Qəhrəmanlı və Mərəngəli kəndlərində etdiyi kimi, Əsgərabadda da kimsəyə belə rəhm etmirlər uşaq, qadın, qoca və gənc demədən kəndin dinc əhalisini və başqa kəndlərdən buraya sığınanlarıda vəhşicəsinə qətliam edirlər. Kəndin məscidinə sığınan çarəsiz əhali, onun qutsal bir məkan olduğu üçün burada amanda olacağını zənn etsədə, lakin düşündüklərinin tam əksinə olaraq, erməni-asuri silahlıları tayı və misli görünməmiş bir qəddarlıqla məscidin içinə sığınan bütün insanları böyükdən kiçiyə qədər kəsərək tam vəhşicəsinə qətiam edirlər.
Bu dəhşətli faciədən sağ qurtulan neçə nəfər kənd əhalisi, tərif edirmişlər ki, məscidin içindən çıxan qan, su kimi onun qapısından axırdı.
Urmu vilayətində olan kəndlərdən Ənzəl mahalının bəzi kəndləri xaric, bütövlükdə erməni və asuri silahlıları tərəfindən işğal edildikdən sonra, onlar Salmas vilayətini də öz kontrollarına keçirmək üçün hərəkətə keçirlər. Asuri və erməni daşnakları 3 aprel 1918-ci ildə (13 fərvərdin 1297) Samsonun başçılığında bu vilayətin mərkəzi olan Dilman, yaxud Dilməqan şəhərini işğal edirlər.
Urmu və Köhnə Şəhərlə müqayisədə onlar burda çox qırğınlar törətməsələrdə, lakin evləri talayıb tamamilə qarət edirlər.
Osmanlı-Türk qoşunlarının gəldiyini eşidən düşmən, Petros Ağanın əmrilə Dilməqanı boşaldıb, geri çəkilmək məcburiyyətində qalır. Bu durumu görən azərbaycanlılar 500 atlı və piyadayla qəfildən onlara hücum edərək, erməni-asuri silahlılarının bəzilərini öldürüb və beləliklədə şəhəri azad edirlər.
Dilməqan şəhəri azad edildikdən sonra erməni-asurilər, aprel ayının ortalarında (fərvərdinin sonunda) onu geri almaq məqsədilə şəhəri mühasirəyə alır. Onlar böyük bir orduyla hər tərəfdən hücuma keçib, hətta Petros Ağa qoşunlarını Urmudan Dilməqana göndərir. Ağır və qanlı döyüşlər iki gündən çox davam edir, lakin əhalinin göstərdiyi böyük müqavimət və öz şəhərlərini qəhrəmancasına müdafiə etmələrinə, həm də şəhərin möhkəm qalaya malik olmasına baxmıyaraq, asuri və erməni daşnakları 16 aprel 1918-ci ildə (3 ordibehest 1297) ikinci dəfə olaraq Dilməqan şəhərini işğal edirlər.
Şəhər işğal edilmədən öncə düşmənin basqıları və vəhşicəsinə hücumuna məruz qalan əhali, şəhərin hər an düşməsini zənn edərək, qorxu və iztirab içində dəhşətli anlar keçirib, nə edəcəyini bilmirdi. Hər halda əli yalın və günahsız dinc əhali gec olmadan şəhəri tərk edib, canlarını qurtarmaqdan başqa bir çarələri qalmamışdı.
Dilməqan şəhərinin ətrafı erməni-asuri yaraqlılarıyla dolu olduğundan dolayı, əhali gecənin qaranlığını gözləyib və zaman qazanmaq üçün şəhərin müdafiəçiləridə tam fədakarlıq və cəsarətlə şəhər qalasından onu müdafiə edirlər. Nəhayət asuri ve erməni daşnakları axşam qaranlıqda Əhrivan dəvazasından Dilməqan (Salmas) şəhərinə girərək, qəddarcasına uşaq, qadın, gənc və qoca demədən minlərlə günahsız insanı vəhşicəsinə qətliam edirlər.
Bu cani quduzlar qaçmaqda olan insanları tam soyuq qanlılıq və qədarcasına öldürüb, eyni Urmu və Köhnə Şəhərdə olduğu kimi ağıla sığmayan vəhşiliklər və dəhşətli cinayətlər törədirlər. Dilməqan əhalisinin üçdə biri şəhərdən qaçmağı bacarsada, əksəriyyəti evlərində oturub ölümü gözləmişlər. Erməni-asurilər bir gecə gündüz şəhərdə Qətliam törədərək, minlərlə Azərbaycan Türkünü soyqırıma məruz qoymuşlar.
Erməni-asurilər Urmu, Salmas və Köhnə şəhərə hakim olduqdan sonra, Şərəfxana limanında rusların qoyub getdiyi silahları Urmuya gətirmək məqsədilə 12 iyun 1918-ci ildə (22 tir 1297) seçilmiş və 180 nəfərlik təcrünəli bir silahlı dəstəilə bu limana hücum edirlər. Onlar, rusların Urmunun Gölmanxana limanında olan Çernoziyev adında toplu gəmisi və yük daşıyan bir gəmilə birlikdə tamamən xəbərsiz hücuma keçirlər. Lakin Azərbaycan Demokrat firqəsi bu işdən xəbər tutduqdan sonra Urmulu Həbibullah Xan Ağazadənin başcılığında olan fədayi və mücahid dəstələri və əsir düşən 150 nənərlik Osmanlı Türk Əsgərlərilə birlikdə düşmənə qarşı hücuma keçib, gəmilərə girərək onların hamısını öldürüb və burada olan bütün silah və sursatı öz əllərinə keçirirlər.
Bu uğursuz hücumdan xəbər tutan düşmən, onun intiqamını Urmudan alaraq, 4 iyun 1918-ci ildə(24 tir 1297) iki min nəfərdən artıq günahsız insanı Urmu şəhərində qətliam edir. Urmu çevrəsindəki Azərbaycan Türkləri altı aya yaxın dəhşətli anlar, qanlı-qadalı günlər geçirərək, əlaqələri bütün dünyadan qopmuş və umudları hər yerdən kəsilmişdir. Bütün bu müddət ərzində Osmanlı Türk ordusu Azərbaycanın qərbində ruslar və onun müttəfıqləri olan asuri və erməni daşnaklarına qarşı savaşaraq gah düşmənə qələbə çalıb, bəzən də məğlub olmuşdur. Nəhayət Səlahəddin bəy komandanlığında qəhrəman Türk ordusu, düşmənə qələbə çalaraq çərşənbə günü 11 avgust 1918-ci ildə (8 murdad 1297) Urmu şəhrinə girmişdir. Türk ordusunun zəfərlə Urmuya doğru gəlməsini eşidən erməni-asuri caniləri, şəhərlərimizi talıyıb qarət etdikləri qiymətli əşyalarla 45 min nəfər civarında Salmas və Urmu erməni-asuriləri, gəlmələrlə birlikdə şəhərləri tərk edib Sulduz yolu ilə Sayın Qala və Tikan Təpəyə doğru qaçırlar.
Türk ordusunun ön qaravulları olan qeyri-münəzzəm kürd silahlı dəstələri Urmu şəhərinə girən ilk silahlılar olmuşlar və onlar Türk ordusu şəhərə girmədən öncə çapılmış, qarət edilmiş əhalinin qalan əşyalarınıda talamış, lakin ordu hissələri gəldikdən sonra günahkar kürdlərin bəzilərini yaxalaib cəzalandırmaqla (ölüm cəzasilə) qayda-qanun yaratmış və əmin-amanlığı yenidən bərpa etmişlər.
Türk əsgərləri qaça bilməyən və burada qalıb gizlənən erməni-asuri başcılarını yaxalayaraq, qurduqları xalq məhkəmələrində onları öz cəzalarına çatdırırlar. Osmanlı Türk ordusu gərçəkdən Güney Azərbaycanın Urmu, Salmas, Xoy və Sulduzun Türk əhalisinin xilaskarı və qurtarıcısı olmuşdur. Qeyd etmək lazımdır ki, əgər qardaş Türk ordusunun təmənnasaız yardımları olmasaydı, şübhəsiz ki, indi İrəvan, Zəngəzur, Göycə və qondarma Ermənistanın başqa bölgələrində olduğu kimi, Güney Azərbaycanın da bu bölgələrində bir nəfərdə belə olsun Türk qalmamışdı. Buna görədə Urmuda sağ qalan əhali, qəhrəman Türk əsgərlərini böyük sevinc, məhəbbət və göz yaşlarıyla qarşılamışdır.
Erməni-asurilər Sulduz, Qoşa Çay, Sayın Qala,Tikan Təpə yoluilə qaçıb, ordan Həmədana getmək əmrini İngilis zabitlərindən almış və ordanda İraqa getmişlər.
25.04.2019
Ardı var