URMU SOYQIRIMI (6-cı bölüm-son)
ƏHMƏD URMUOĞLU
Çar Rusiyasının qoşunları Güney Azərbaycanı işğal etdikdən sonra, onlar burada heç bir muxalif səsə dözməyib və bir çox vətən sevər və azadlıq sevər insanları onun işğalçı siyasətinə qarşı olduqları üçün həbsə atıb, yaxud Azərbaycandan uzaqlaşdıraraq sürgünə göndərirlər.
Urmu soyqırımından öncə burada rusların basqılarına məruz qalaraq bir çoxları kimi, sürgünə göndərilən bu dəyərli insanlardan biri də Məcdülsəltənə Əfşar ləqəbilə tanınıb məşhur olan Çəmşid Xan Ərdəşir Əfşare Urmu olmuşdur.
Cəmşid Xan Məcdülsəltənə Əfşar təkcə Urmu deyil, bəlkə vətəninə və millətinə bağlı, həm də dərin bir milli şüura malik olaraq Azərbaycanın böyük azadlıq sevər və vətən sevər simalarından biri olmuşdur. Təəssüflər olsun ki, fars şovinizminin Azərbaycan və Türk düşmənçiliyindən dolayı Azərbaycanın bir çox milli qəhrəman və şəxsiyyətləri kimi hətta doğulduğu yerdə belə olduğu kimi tanınmamışdır.
Cəmşid Xan Məcülsəltene Əfşar, Urmunun Əfşar elinə mənsub olan Ərdəşir Xan Sərtib Əfşarın (general-mayor) oğlu olub və Məşrutə hərəkatı dövründə Qacar ordusunda Əmir Tuman yəni general rütbəsində olduğu halda azadlıq hərəkatına qoşulmuşdur. Bu zaman Azərbaycanın qərbində özəlliklə Urmu ətrafında Məhəmməd Əli Şah və Osmanlı imperaturu olan Sultan Əbdülhəmid arasında bir anlaşma əsasında, Kürd əşirətləri bu bölgələrdə hərcü-mərclik yaradıb, günahsız dinc azərbaycanlıları kəndlərdə öldürüb və onların var-yoxunu talayıb qarət etməklə, Məşrutə hərəkatının qarşısında maneələr yaratmağa çalışmışlar. Məcdülsəltənə Əfşar bu yaği kürdlərə qarşı Təbriz əncüməninin göstərişi və göndərdiyi silahlarla Urmunun qoçaq gənclərindən yaratdığı quru (piyadə) və atlı qoşunla bu vilayətin Mərgəvər, Dəşt, Tərgəver mahalında bu kürdlərə qarşı döyüşlərdə böyük qələbələr əldə edərək, onları tarı-mar edib qaçmağa məcbur etmişdir.
Urmu soyqırımı zamanı Rusiya dövlətinin basqıları nəticəsində bir çox azərbaycanlı silahdaşı və azadlıq sevər fikirdaşlarıyla birlikdə İstanbulda sürgün həyatı yaşayan Cəmşid Xan Məcdülsəltəne Əfşar, neçə ay sonra Urmu və Salmasdan dəhşətli xəbərləri eşitdikdən sonra dözə bilməyib və öz silahdaşlarıyla birlikdə Təbrizə qayıdıb. Erməni-asuri silahlı qoşunlarının Osmanlı Türk ordusunun qarşısında məğlubiyətini və Urmunun onlar tərəfindən azad edilməsini öyrəndikdə, yaratdığı könüllü fədayi dəstəsilə birlikdə Qoşaçaya gəlib və Hüseynabad kəndində onların gəlməsini gözləmişdir.
Onun yaradıb başçılıq etdiyi 60 nəfərlik fədayi dəstəsinin bir Topuda olmuşdur. Bu qəhrəman fədayilərin sayca az olmalarına baxmayaraq, heç bir qorxu bilmədən 20,000 nəfərdən çox olan erməni-asuri qoşunu və 45,000 nəfərə yaxın olan qalabalıq bir kütlənin gəldiyi qözlənilən yolun yaxınına gəlib, Sulu Təpə, yaxud Sevgili Təpə dağının başında onların gəlməsini gözləyirlər. Erməni-asurilər əsasən Urmu və Salmas əhalisini qətliam etdikdən sonra qarət etdikləri qiymətli əşyalar, dəyərli mallarla birlikdə Sulu Təpənin dərəsinə girdikdə, Məcdülsəltəne Əfşarın başçılığında busquda oturan Azərbaycan fədayiləri tərəfindən top və odlu silahlarla atəş altına tutulduqda, düşmənin içində böyük bir dəhşət və qorxunun yaranmasına səbəb olmuşdur.
Erməni-asurilər gözlənilməz bu hücumdan çox sayda itgi və yaralı verərək özlərini itirmış, nə edəcəklərini bilmirlər, ancaq həmən Sulu Təpənin dərəsindən sürətlə çıxmağa çalışmışılar. Top və tüfəng güllələri ardı kəsilmədən onların başına yağır və onların dərədən çıxmasına manələr yaradır. Erməni-asuri quduzları durumu belə gördükdə hücumun istiqamətini öyrənib, yolun açılması və bu qalabalıq kütlənin keçməsinin əmniyyətini təmin etmək üçün atlı dəstələri qarşı hücuma keçərək, Sulu Təpədən çıxmalarına imkan yaratmışlar.
Azərbaycan fədayilərinin əlində olan təkcə Topun ardı kəsilmədən atəş açdığı üçün onun lüləsi çatlayib işdən düşür və düşmənin qarşı hücumunun nəticəsində bir neçə Azərbaycan fədayisi, o cümlədən Urmulu Qulam bəy Türkmanı şəhid olur. Azərbaycan fədayilərinin sayının az olmasına baxmayaraq, onlar qalib gəlir və bu cinayətkarların qaçmasında kiçikdə olsa manelər yaratmaqla bu qatil sürüsü və canilərin bir çoxunu yox etməyi bacarmışlar.
Erməni-asurilər belə bir vəziyyətlə üzləşdikdə, çalıb çapdıqları əşyaların bir bölümünü atmaq məcburiyyətində qalaraq, yalnız öz canlarını qurtarıb qaçmağa çalışmışlar. Beləliklə Məcdülsəltəne Əfşar və onun başındakı qoçaq fədayilər öz qəhrəmanlıqları nəticəsində əldə etdikləri bu qələbə, onların törətdikləri cinayətlərlə müqayisədə azda olsa Urmu, Salmas, Xoy, Köhnə Şəhər və sulduzda şəhid olan və vəhşicəsinə qətliam edilən Azərbaycan Türklərinin intiqamını daşnak erməni və asuri qatillərindən almış və bununlada onların talayıb apardıqları əşyaların bir bölümü onlardan geri alınaraq öz sahiblərinə qaytarılmışdır.
Düşmən, gözlənilməz belə bir məğlubiyyətdən sonra çox çətinliklə özünü Sayın Qalaya çatdırmışdır. Qeyd olunmalıdır ki, qaçmaqda olan erməni və asuri canilərinin arasında, Urmu, Salmas, Sulduz və Köhnə Şəhərin dinc və günahsız əhalisinin qatillərindən biri olan və bu dəhşətli soyqırımın planlaşdırılmasında böyük və əvəzsiz rolu olan Amerikanın Urmu baş konsulu Vilyam Şed də olmuş və Sayın Qala yolunda etdiyi o qədər cinayətlərdən sonra ölmüşdür.
Sayın Qalaya çatdıqndan sonra heç bir günahı olmayan şəhər əhalisini talayıb qətliam edərək, bu məğlubiyyətin intiqamını şəhərin dinc əhalisindən alıb, buradan Tikan Təpəyə doğru gedir və burada onları gözləyən ingilislərlə birlikdə Həmədana və oradanda İraqa gedirlər.
O qara günləri yaşayan və bu cinayətlərin canlı şahidi olan Mötəməd ülvozarenin yazdığına görə, ”yalnız Urmu vilayətində birinci dünya savaşı illərində (1914-1918) bu faciəli soyqırımda 200,000 Azərbaycan Türkü erməni-asurilərin qətliamına məruz qalmış və yaxud bu qətliamın ardından acılıq, qıtlıq və gələn xəstəliklər nədənilə həyatını itirmişdir. Yalnız Urmuya dəyən mali xəsarət o zamanın puluna görə 100 milyon tümən və əhalinin namusuna, qadın və qız cığazlara olan təcavüzlərin sayı neçə mindən artıq olmuşdur.” (bax. Urmu Dünyanı Yaxan Savaşda s. 230)
Bu zaman bu bölgələrdən köçüb, yaxud qaçanların sayıda az olmamışdır, Urmudan qaçan 15,000 nəfər əhalidən sonralar yalnız 2000-nə yaxın ancaq öz doğma yerlərinə geri qayıtmışdır. Urmu çevrəsində olan bütün azərbaycanlı kəndlərin əhalisi tamamilə qətiam edilmiş və onun bəzi kəndlərində təkcə barmaq sayda bir neçə insan sağ qalmışdır. Bəzi kəndlər də Urmu coğrafiyasından bir dəfəlik silinib və həmişəlik yox edilir. Onun yazdığına görə Urmu şəhrinin böyük bir hissəsi tamamən dağılıb, aradan gedir.
Bu dəhşətli və faciəli soyqırım yalnız Azərbaycan Türklərinə yox, bəlkə bəşəriyyət tarixində qəddarlıq və cinayətkarlıq baxımından tayi və misli görünməmiş bir soyqırım olaraq, ulu Türk millətimizin yaddaşında və tariximizin qanlı səhifələrində əbədiyyətə qədər insanlığa qarşı işlədilən böyük bir cinayət kimi qalacaq. Və onun amilləri olan erməni-asuri canilər və onları hər tərəfli maddi və mənəvi cəhətdən dəstəkləyib, yardım edən və bu soyqırımın senariyosunu hazırlayıb həyata keçirən İngilitərə, Rusiya, Fransa və Amerika kimi müstəmləkəçi-imperialist dövlətlər, tarixin və ulusumuzun həmişəlik qarqış və lənətinə tuş gələcəkdir. Onların əli yalın, məzlum Türk millətimizə qarşı törətdikləri böyük cinayətlər bir qara ləkə kimi onların üzərindən heç bir zaman silinmiyəcəkdir.
İran adlanan ölkədə yenicə ayaq tutmuş fars şovonizminin təmsilçisi olan və bu zaman İngiltərə və Rusiya dövlətlərinin qulluqçusu olan irqçı İran hökumətinin mövqeyinə gəldikdə, onun Türk və Azərbaycan düşməni olduğundan dolayı, həm də azərbaycanlıların bu dövlətlərin müstəmləkəçi siyasətlərinə qarşı olub demokrasi və azadlıqdan yana olduqları üçün Türklərə nifrət edib və bu səbəbdən də bilərəkdən, erməni-asurilərin həyata keçirdikləri bu soyqırıma və törədikləri belə bir cinayətlərə və vəhşiliklərə nə inki göz yumub, tamamən səssiz qalmışdır, hətta sözdə də belə olsun bir etirazda etməmişdir.
Bəlkədə fars şovinistlərinin ürəyindən olan kimi, sanki Türk millətindən öz intiqamını alırdı. Bu səbəbdəndir ki, fars şovinizminin təmsilçıləri, istər cəllad Pəhləvi rejimi olsun, istərsədə faşist İran İslam rejimi, 85 ildən artıqdır ki, Güney Azərbaycanda Urmu başda olmaq üzrə Salmas, Xoy, Sulduz və Köhnə-Şəhərdə həyata keçirilən bu soyqırımı millətimizin yaddaşından tamamən silib və onu unutdurmağa çalışmışdır. Yazıqlar olsun ki, belə bir önəmli tarixi məsələilə bağlı öz amacına da çatmışdır, çünki Güney Azərbaycanda bu gün aydınlarımızın bir bölümü istisna olmaqla, kütlənin böyük bir bölümü belə bir faciəli soyqırımdan xəbərsiz qalmış və yaxud onu tamamilə unutmuşdur. Azərbaycan Türk milləti bu gün keçmişdəki olub-keçənlərdən və etdiyi bağışlanmaz tarixi xəta və səhvlərindən və belə bir faciəli və dəhşətli soyqırıma yol açan yalnış hərəkətlərdən dərs almalıdır. Lakin çox təəssüflər olsun ki, tarix yenə təkrar olmaqdadır.
Əgər dünən müstəmləkəçi İngiltərə və Rusiya dövlətlərinin əlilə erməni-asurilər Azərbaycan torpaqlarına köçürülüb, yerli erməni və asurilərlə birlikdə, onların qanlı əllərilə təpədən-dırnağa qədər silahlandırılırlarsa, bu gün onların yerinə fars şovinizminin təmsilçisi olan müstəmləkəçi-faşist İran-İslam hakimiyyətinin qanlı əllərilə neçə ildən bəri kürdlər, Urmu başda olmaq üzrə qərbi Azərbaycanın Makı, Xoy, Salmaş, Sulduz və başqa şəhərlərinə kütləvi şəkildə köçürülərək planlı şəkildə yerləşdirilməkdədirlər. Beləliklə bu qatı Türk düşməni olan cani və qəddar hakimiyyətin əlilə vətənimizə və Türk millətimizə qarşı gələcəyə elə bir qanlı senaryo hazırlanmaqdadır ki, Qarabağdan qat-qat qanlı və faciəli olacaqdır. Bu bir gərçəkdir ki, müstəmləkəçi və cinayətkar İran İslam rejimi 80-cı illərdən etibarən, özəlliklə Güney Azərbaycanın Türkiyə-İraq sərhəddində yaşayan kürd əşirətlərinin əllərindən silahı alıb və onun yerinə narkotik maddələrin qaçaqçılığını və başqa qaçaq malların gətirilməsinin iznini vermişdir. Kürdlər bu əxlaqsız və qeyri-insani ticarətdən əfsanəvi sərvətlər və pullar əldə edib və fars şovinizminin yardımıyla şəhər və kəndlərimizdə yerləşib və hələ yerləşmədən torpaqlarımıza da yersiz iddiada bulunurlar.
Güney Azərbaycanda Türk millətimiz, islam və din adı altında öz iyrənc və çirkin üzünü gizlədən fars faşizmi və cinayətkar İslam hakimiyyətinə belə bir qeyri-insani planı həyata keçirməsinə izin verilməməli və gec olmadan onun qarşısını almalı və öz müqəddəs əzəli doğma torpaqlarını kəsin və heç bir şərtlər altında yabancı kürdlərə satılmasına və onların məqsəd yönlü buralarda yerləşdirilmələrinə izin verməməlidir.
Çünki vətən, torpaq, yurd ana kimi müqəddəs və qutsaldır. Vətən hər bir şərəfli və qeyrətli insanın namus və şərəfi deməkdir. Onu yağı düşmənlərin axın və təcavuzləri qarşısında müdafə edib onlardan qorumaq, ana şərəfini və namusunu qoruyub savunmaq deməkdir. Vətən babalarmızdan bizə qalan qutsal bir əmanətdir və vətənin bütün şərəfli və qeyrtli qız və oğullarının başlıca görəvi onu əmanət aldığı kimi, öz övladlarına və gələcək nəsillərə buraxmalıdır. Onun hər bir qarış torpağında milərlə vətənin ən şərəfli qız və oğullarının qanı var və onlar bu qutsal vətən torpaqlarını min illər boyu yağı düşmənlərdən qoruyb saxlamışlar.
Qarabağda və vətənimızin quzeyində ermənilərin, rusların əlilə bu torpaqlara köçürüb yerləşdirilməsi və nəhayət vətənimizin böyük bir hissəsinə sahib çıxaraq qondarma Ermənistan dövlətinin yaradılması və buda yetməmiş Qarabağ və ətraf rayonların işğalı, eləcə də Kərkük, Təlafər, Tuzxurmatu və İraqın başqa şəhərlərində Türkman qardaşlarımıza qarşı kürd peşmərgələrinin törətdikləri dəhşətli cinayətlər və bu torpaqlara etdikləri yersiz iddiaları, bizə böyük bir ibrət dərsi olmalıdır.
kimsənin bunları göz ardı edib görməməzlikdən gəlməyə əsla haqqı yoxdur.
01.05.2019 (Bu yazı 31.03.2003-cü ildə yazılmışdır)
Son