ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (28-ci bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Doktor Cavad Heyət

Doktor Cavad Heyət, çağdaş Azərbaycan tarixində gərçəkdən barmaq sayda olan görkəmli aydın və yazıçılarımızdan biri olaraq, professor Məhəmməd Tağı Zehtabi və doktor Hüseyn Məhəmmədzadə Sədiq (Düzgün) və başqalrıyla yanaşı Azərbaycanın böyük elmi, ədəbi və milli şəxsiyyətlərindən biri sayılır.

Bu səbəbdəndir ki, doktor Cavad Heyət, Türk milləti və özəlliklə də tanınmış bütün aydınlar tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu”, “Hər iki tayın müdrik ağsaqqalı” və başqa bu kimi adları qazanan təkcə dəyərli insanımız olmuşdur.

Doktor Cavad Heyət ömür boyu və həyatının son nəfəsinə qədər Azərbaycan və Türk millətinin bütün milli və insani haqlarının əldə edilməsi uğrunda fars faşizmi və bütün paniranistlərə qarşı mücadilə aparmışdır.

O, “Varlıq” dərgisinin ilk saylarından etibarən Azərbaycan Türkcəsi başda olmaq üzrə bütün dillərin, yəni qeyri fars millətləin ana dilləri öz əyalətlərində və bütün məktəblərdə tədris olunmasını irəli sürmüşdü.

Cavad Heyət, yalnız Azərbaycan Türk milləti üçün deyil, bəlkə, İran adlanan ölkədə yaşayan bütün qeyri-fars millətləri və özəlliklə Türk dünyası üçün olduqca dəyərli və önəmli bir şəxsiyyət sayılır.

O, Tehranda 48 il boyunca etdiyi təbabət, cərrahlıq və universitetdə etdiyi tədrislə yanaşı Azərbaycanın tarixi, ədəbiyyatı və Türk dililə bağlı bir neçə dəyərli əsərin, eyni zamanda tibb və cərrahlıqla əlaqədə çox sayda elmi məqalənin müəllifi olmuşdur. Təkcə 1964-76-cı illər arası yayınladığı "Tibb elmi dəgisi"ndə 50-dən artıq elmi məqaləsi çap edilmişdir.                                                                                    

Doktor Cavad Heyət 1978-ci ildə qatı Türk və Azərbaycan düşməni olan Pəhləvi rejiminin devrilib və onun yerinə layiq təmsilçisi və fars faşizminin dinçi qolu sayılan və İran İslam dövləti adı altında fars şüubiyyəçiliyini təmsil edən bir cinayətkar və qan içən rejimin hakimiyyətə gəlməsindən az sonra bir neçə fikirdaşıyla birlikdə 1979-cu ilin aprel ayında “Varlıq” dərgisini Tehranda nəşr etmişdir.

"Varlıq" dərgisi cəllad Şah rejiminin yıxılmasından sonra İranda yaranan nisbi azadlıqlar və açıq fəzanın ardından Türk və Fars dillərində yayınlanan bir çox dərgi və jurnalın içində uzun ömürlü olan təkcə dərgi olmuşdur. "Varlıq" dərgisi Güney Azərbaycanda milli kimliyimizin və milli varlığımızın qorunub saxlanmasında, eyni zamanda milli şüurun formalaşıb və onun gəlişməsində əvəzsiz və böyük rol oynamışdır.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, iki cild, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi”, "Türklərin tarix və fərhənginə bir baxış", 20-ci yüzildə Azərbaycan Türk dili və ədəbiyyatı", "Ədəbiyyat şünaslıq" kitablarının, eyni zamanda tibb, islam şünaslıq və fəlsəfə sahəsində də bir neçə dəyərli əsərin müəllifidir.

Doktor Cavad Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi dönəmində İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan Türkcəsinin müstəqil və zəngin bir dil olmasını inkar etməsinə kəskin bir cavab olaraq yazmışdır.

İran adlanan ölkədə böyük bir həkim və cərrah kimi tanınan Cavad Heyət, ilk dəfə ürək cərrahiyyəsi (1968) və böyrək köçürmə (1969) əməliyyatları onun adıyla bağlıdır.

Doktor Cavad Heyət 1963-cü ildən "Beynəlxalq Cərrahlar Dərnəyi"nin idarə heyətinin üzvü və 1983-cü ildən "Paris Cərrahlar Akademiyası"nın üzvü, eyni zamanda "Türk Dil Qurumu"nun fəxri başqanı və dünyanın bir çox universitetlərinin, örnəyin Azərbaycan universitetlərindən bəzilərinin fəxri doktoru idi. Uluslararası cərrahlar qurultaylarında onun ingilis və fransız dillərində 25-dən artıq məqalə və danışıqları dünyanın mötəbər tibb dərgilərində çap edilmişdir.

Doktor Cavad Heyət, doktor Həmid Nitqi, Məmmədəli Fərzanə, Əziz Möhsini, Mir Hidayət Hisari, İsmayıl Hadi, Səməd Sərdariniya, Əlirza Sərrafi, Həsən Məcidzadə, Məhəmmədrza Heyət, İbrahim Rəfrəf və Azərbaycanın bir çox tanınmış dəyərli yazıçı və milli aydınlarıyla birlikdə 36 ildən artıq Türk və Fars dillərində yayınladığı "Varlıq" dərgisi, gərçəkdən bir parlaq ulduz kimi vətənimizin səmasında parlamış və onun qaranlıq yollarına işıq saçmışdır. Onun bu zaman paniranist parti və qurumlara bağlı olan bütün sağçı və solçu azərbaycanlıların heç bir zaman dəyər vermədiyi və tamamilə yanancı olub, xor baxdıqları Türk dili, Azərbaycanın şanlı tarixi, ədəbiyyatı, mədəniyyəti, milli varlığı, adət-ənənələri, coğrafiyası, eləcə də ümumi Türk tarixi və çeşitli qonularla   bağlı "Varlıq" dərgisində yazılan dəyərli məqalələr və elmi araşdırmalar, Güney Azərbaycanda milli oyanışın gəlişməsində, eyni zamanda milli kimliyini tanıyıb və Türklüyü ilə qürur duyan yeni bir nəslin də yetişməsinə səbəb olmuşdur.

Doktor Cavad Heyətin Azərbaycana olan sevgisi sonsuz olmuşdur. Onun üçün otay-butay olmamışdır. Vətənimizin hər qarış torpağı onun üçün müqəddəs və qutsal olmuşdur. Onun ürəyi Təbriz, Urmu, Zəncan və başqa Azərbaycan şəhərləri üçün necə çırpınıb və hansı ahənglə vururdusa, eyni ahəng və ritmlə Şuşa başda olmaqla Qarabağ, Bakı, Gəncə və başqa şəhərlər üçündə çırpınıb və vurmuşdur.

Qarabağ, Azərbaycanın ayrılmaz bir parçası olaraq onun əzəli və əbədi tarixi torpağı sayılır və heç bir güc bu gərçəyi dəyişdirə bilməz.   Qarabağın işğalı bu gün özünü azərbaycanlı və Türk bilən və bu qutsal torpaqların suyunu içib, çörəyini yeyib və havasını udan hər bir şərəfli, qeyrətli və namuslu insanlarımızın qanayan yarası, ortaq dərdi və sorunu olmuşdur. Onun və çevrəsindəki yeddi rayonun yəni torpaqlarımızın 20 faizi erməni caniləri və faşistlərinin işğalı və tapdağı altında olması böyük bir faciə olaraq, hər bir vətən sevər azərbaycanlı üçün əsla qəbul edilməz bir məsələdir.    

Bu səbəbdən də dr. Cavad Heyət vətəninə, millətinə bağlı gərçək bir vətənsevər şəxsiyyət və şərəfli bir vətən övladı olaraq, qondarma Ermənistan dövlətinin Rusiya və faşist İran dövlətlərinin hər tərəfli yardım və dəstəklərilə Azərbaycan torpaqlarına təcavüzünü, qaçqın və köçkünlərin ağır və acınacaqlı durumunu İran adlanan ölkədə hər zaman gündəmə gətirmişdir. O, "Varlıq" dərgisinin əksər saylarında Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, Ermənistanın işğalı nəticəsində Qarabağda və ətrafındakı yeddi rayonda etnik təmizləmə siyasəti aparıldığını, islam dininə aid müqəddəs yerlərin, məscid və abidələrin vəhşicəsinə dağıdıldığını İran ictimaiyyətinə çatdırırdı. Dr. Cavad Heyətin Qarabağ faciəsilə bağlı 1993-cü ildə Türkiyə Cumhuriyyətinin Prezidenti Süleyman Dəmirələ ürək ağrısıyla yazdığı məktubu onun nə qədər vətən sevərliyinin şahidi oluruq. Cavad Heyət Qarabağın erməni işgalına qarşı müharibədə yaralanan qazilərimizin müalicəsi və sağalmaları üçün bütün maddi və mənəvi imkanlarından istifadə edərək onları Tehranın və Təbrizin xəstəxanalarına gətirib və əlindən gəldiyi heç bir yardımdan əsirgəməyib, onlarla ağır yaralıya şəfa bəxş etmişdi.

Burada belə bir sorğu ortaya gəlir, əcəba nədən Məmməd bəy Azadgər kimi iddialı və İran mərkəzli sol parti və qurumlara bağlı olan sözdə solçu azərbaycanlılar, eyni qatı irqçı panfarsistlər kimi yalnız dərin milli şüura malik olub, öz milli varlığı və öz Türk kimliyinə bağlı olan, həm də ilk öncə Türk milləti və Azərbaycanın çıxar və mənfətlərini hər nədən üstün tutan milli qəhrəmanlarımıza və böyük şəxsiyyətlərimizə ağır ittihamlar vurub və onları təhqir edirlər!?

Olduqca təəccübli olan budur ki, əcəba nədən sözdə bu azərbaycanlılar, farsların və İran adlanan ölkənin ikinci və üçüncü dərəcəli şair və yazıçıları olan Arif Qəzvini, Bahar, Sadiq Hidayət, Əhməd Kəsrəvi və başqaları kimi qatı irqçı və fars rasizminin təmsilçiləri olan və bir çoxunun noxdaları hara bağlı olduqları bəlli olmasına rəğmən Fars və İranın böyük şair, yazıçı və milli şəxsiyyətləri kimi təqdim edilirlər!?

Bunun ancaq bir səbəbi ola bilər və oda paniranizm və panfarsizmin binövrəsi və əsasını qoyub, qondarma İran dövlətinin yönəldilməsində böyük rolu olan və bu gündə onların yolunun davamçıları sayılan manqurt azərbaycanlıların tamamilə qatı Türk və Azərbaycan düşməni olub və Türklərə nifrət etdiklərindən qaynaqlanmasıdır.

Bunun da əsas nədəni ancaq bu iddialı solçu azərbaycanlıların qatı fars şovinistləri və fars faşizminin Azərbaycandaki qoyruqları olan azərbaycanlı manqurtılar kimi, paniranizm ideologiyasına bağlı olduqları və düşüncələrinin eyni mərkəzdən qaynaqlanmasından irəli gəlməsidir.

16.05.2019        

Ardı var