ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (29-cu bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Demokratik (Xalq) Cümhuriyyəti

Məmməd bəy Azadgər və onun kimi İran mərkəzli sol parti və qurumların qulluğunda olan paniranist solçu azərbaycanlıların keçdiyi qırmızı çizgilərdən biridə, yüz ildən bəri Azərbaycan Xalq Cümhuriyyəti, ya Azərbaycan Demokratik Cümhuriyyəti və onun qurucsu olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı çirkin yalanlar və ağır iftiralar ortaya atmaqla təhqir dolu kampaniyaların aparmalarıdır. Güney Azərbaycanda hər zaman milli haqlarımız uğrunda mücadilə verdikləri iddiasında olub və öz yalanlarıyla hər kəsi qandırmağa çalışan sözdə bu solçu azərbaycanlıların böyük əksəriyyəti, bütün milli-mənəvi dəyərlərimizi ayaqları altına alaraq, gərçək vətən sevər və milli şüura malik olan bütün dəyərli insanlarımıza qarşı apardıqları belə iyrənc təxribatları əsla heç bir sərhəd tanımamışdır.

Bu iddialı paniranist solçular, hər zaman eyni qatı Türk düşməni olan fars şovinizmi və müstəmləkəçi İran dövləti kimi Azərbaycan və Türk millətinə qarşı olub, İran və fars şovinistlərinin çıxar və mənfəətlərini hər nədən üstün tutaraq paniranizm mövqeyindən çıxış edib, Türk kimliyimizi və Azərbaycanı yox etməkdə sanki bütün düşmənlərimizlə böyük bir yarışa girmişlər. Onlar, Güney Azərbaycanda Türk millətinin vəhşicəsinə əzilməsinə laqeyd olub və onun bir müstəmləkə olaraq fars faşizmi və İran dövlətinin əsarəti altında saxlamağa cəhdləri yetməmiş deyə, vətənimizin quzeyində Türk millətimizin Rus işğalçıları və müstəmləkəçilərinə qarşı istiqlal mücadiləsinin əleyhinə olaraq, tarixi gərçəkləri tamamilə saxtalaşdırıb və onları təhrif etməyi də özlərinin milli görəvi bilmışlər.

Bu iddialı solçu azərbaycanlılar, eyni zamanda könüllü olaraq öz azərbaycanlı bacı-qardaşlarının yardımına gəlib, Bakı başda olmaq üzrə Quzey Azərbaycan torpaqlarını faşist erməni daşnakları və cinayətkar rus-erməni bolşevik işğalçılarından təmizləyib azad edən Osmanlı-Türk qoşunlarını da, eyni Güney Azərbaycanda etdikləri kimi, işğalçı və müstəmləkəçi bir dövlətin ordusu olaraq göstərməyə çalışmışlar.

Halbu ki, Osmanlı və Azərbaycan dövlətləri arasında 1918-ci il iyun ayının 4-də Batumda bağlanan bir müqavilə əsasında və Azərbaycan dövlətinin istəyilə yardıma gələn Osmanlı-Türk qoşunları yalnız Azərbaycan uğrunda və onun işğalçı düşmənlərdən azad ediləsində 1132 qəhrəman əsgərini qurban vermişdir.  

Məmməd bəy və onun solçu paniranist fikirdaşları Azərbaycan Demokratik Cümhuriyyəti və onun qurucusu və əsas memarı olan, həm də bütün Azərbaycanın böyük öndəri sayılan Məhəmməd Əmin Rəsulzadəyə qarşı dərin bir nifrət bəsliyərək, bu böyük öndər və görkəmli milli şəxsiyyətimizə və onun qurduğu cümhuriyyətə qarşı çirkin yalanları, qara yaxmaları və töhmətlərilə ağır ittihamlar vurmağa çalışmaqdadırlar.

Burada Azərbaycan və Türk düşmənlərinin vurduğu iftira və töhmətləri normal olsada heçdə təəcübli sayılmır, lakin təəcübli olan özlərini azərbaycanlı bilib və onun milli haqları uğrunda mücadilə apardıqları iddiasında olan solçu cənabların, bu haqda düşməncəsinə tutduqları mövqeləridir.

Bu iddialı paniranist solçu azərbaycanlılardan biridə Rəhim Rəyisniya olaraq, faşist İran islam rejiminin göstərişi, eyni zamanda paniranizm və qatı fars şovinizminin siyasi çıxar və mənfəətləri əsasında Azərbaycan dövləçiliyi və onun istiqlaliyyətinə qarşı çıxaraq yazdığı kitablar və məqalələrində Türk və Azərbaycan düşməni olduğunu göstərmişdir.

Məmməd bəy Azadgər, Rəhim Rəyisniyanın Azərbaycan Demokratik Cümhuriyyəti və onun qurucusu olan M. Ə. Rəsulzadə və Azərbaycanın yardımına gələn Osmanlı-Türk qoşunlarıyla bağlı yazısına münasibət göstərərək, Mehran bəy Baharlının qarşı çıxdığı Rəhim Rəyisniyanın mövqeyini tamamilə dəstəkləyib, onunla eyni fikir və düşüncədə olduğunu bildirmişdir.

Mehran bəy Baharlı, Rəhim Rəyisniyanı Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini teror etməkdə ittihamlandırmasında haqlı olmasına rəğmən, Məmməd bəy Azadgər, Rəhim Rəyisniyanı müdafiə edib və onun Azərbaycan Demokratik Cümhuriyyəti və Rəsulzadə haqqında yazdığı iftira və yalanları tarixi gərçəklər kimi göstərərək belə yazmışdır: "Əgər bu sözlər pantürkistlərin məzaqına xoş gəlmirsə, bu Rəyisniyanın günahı deyildir. Burada hələ Rəsulzadənin Alman nazisi ilə işbirliyindən heç bir söz edilməmişdir."

Məmməd bəy Azadgər, Rəhim Rəyisniyanın Azərbaycan xalq Cümhuriyyəti və Məmməd Əmin Rəsulzadə ilə bağlı yazdığı yalanlar, töhmətlər və iftiraları ona və cümhuriyyətə qarşı fakt olaraq olduğu kimi gətirmişdir:

"Məmməd Əmin Rəsulzadə Osmanlıda olduğu zaman "İttihad və Tərəqqi Partisi" və gənc Türlkərə qoşulub və sonradan Müsavat adıyla dəyişdirilən Müsəlman Demokrat partisinə qatılmışdır. Müsavat partisi, Arazın o tayında olan burjuva-mülkədarların çıxar və mənfəətlərini müdafiə edib və işğalçı Türklərin dəstəyi ilə 1918-ci ildə Quzey Azərbaycanda siyasi gücü ələ keçirmişdir.....Qızıl ordunun qələbəsi və müsavatçıların bəsatı (hakimiyyəti) Azərbaycanda dağıldıqdan sonra şovinizm və xəyanətin batlağına sürütlənən Rəsulzadə, Sovetlər Birliyindən qaçıb və bir sürə Avropada didərgin olduqdan sonra nəhayət Türkiyədə qalmaq qərarını verib və dahada çox batil olan pantürkizm batlağında batmışdır."

Onların Azərbaycan Demokratik Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadəyə olan sonsuz nifrət və kiynəsi əslində paniranizm və fars şovinizminin Azərbaycan və Türk millətinə olan tarixi kiynə və nifrətindən qaynaqlanmışdır. Çünki onlar Azərbaycanın istiqlaliyyətinə qarşı olaraq heç bir zaman onu qəbul etməmiş və bu məsələ onların gözündə dayima bir tikan olmuşdur.  

Beləliklədə bu paniranist solçular, Azərbaycan Demokratik Cümhuriyyətinin cinayətkar daşnak-bolşevik silahlı dəstələrindən ibarət olan qızıl ordu və Sovet Rusiyası tərəfindən devrilib və vətənimizin işğal edilməsini və Türk millətinin qətliama məruz qalmasını açıqcasına dəstəkliyərək bu işğalçı canilərin yanında yer almışlar. Onlar, quzeydəki bacı-qardaşlarımızın müstəmləkəçi Rus işğalçılarına qarşı şərəflə apardıqları istiqlal mücadiləsinə qarşı olaraq, tam şarlatanlıqla Məhəmməd Əmin Rəsulzadənin öndərliyində gedən bu qurtuluş mücadəilə bağl bütün gərçəkləri saxtalaşdırıb, onlara olan öz düşmənçiliyini və dərin nifrətlərini aydıncasına göstərmişlər.

Lakin heç şübhəsiz, 20-ci yüzilin şanlı və qəhrəmanlıqla dolu olan səhifələrindən biri elə, müsəlman aləmində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin yaxud Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması olmuşdur.

Gərçək budur ki, bu cümhuriyyətin qurucusu olan Məmməd Əmin Rəsulzadə, 20-ci yüzildə Azərbaycanın yetişdirdiyi ən böyük mütəfəkkir, siyasi şəxsiyyət, ictimai xadim, görkəmli dövlət adamı, eləcə də yazıçı, araşdırmaçı, poblusist və eyni zamanda Rus müstəmləkəçiliyinə qarşı Azərbaycanın milli azadlıq və qurtuluş hərəkatının böyük öndəri olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə, insanlara azadlıq, millətlərə istiqlal istiyərək, Azəbaycan Türk millətinin beynində bağımsızlıq sözünü böyük hərflərlə tək-tək yazan insanlardan biri olmuşdur.

Onun öndərliyində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti, gərçəkdən hər bir azərbaycanlının qürur qaynağı olaraq təkcə islam aləmi deyil, bəlkə Türk dünyası, eləcə də bütün şərq aləmində qurulan ilk demokratik, hüquqi, laik və sekular dövlət olmuşdur.

Azərbaycanın neçə min illik şanlı-şərəfli dövlətçilik tarixində Türk millətimiz tərəfindən onun tarixi torpaqlarında onlarla imperiya və böyük dövlətlərin yaradılmasına rəğmən, onların əsasən qurucu sülalələrin adıyla olub və bu güclü dövlətlər Azərbaycanın müqəddəs adını daşımadığı üçün ilk dəfə olaraq öz adıyla qurulması, çağdaş dövlətçilik tariximizdə də çox böyük və tarixi bir önəmə malik olmuşdur.

1918-ci ilin 28 may tarixində qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin ömrü uzun olmasa da, qısa olan 23 aylık hakimiyyəti sürəsində çox böyük işlər görə bilmişdir. Azərbaycanın istiqlaliyyətinin elan edilməsi Türk millətinin şanlı tarixində özəl bir yer tutaraq, şübhəsiz qədərində də olduqca önəmli bir tarixi hadisə idi.

Azərbaycanın üç rəngli dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis edilmişdir. 40, 000 nəfərlik Azərbaycan milli ordusu yaradılmış və Nuru Paşanın komandanlığında olan Osmanlı Türk Ordusu ilə birlikdə Bakını, Erməni-Rus bolşeviklərinin işğalından azad etmişdir. Qarabağ və ətraf rayonlarda erməni daşnak hücumlarının və ölkədə təxribatların qarşısını uğurla almış və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Təhsil və maarif sahəsində çox böyük işlər görülmüş və "Bakı Dövlət Universiteti" yaradılmışdır. 230 qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, görülən bütün bu işlər və atılan digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz və Türk millətimiz üçün çox böyük və necə önəmli işlər görmüşlər.

05.06.2019

Ardı var