Yarı Hənək - Yarı Dəyənək
Olmaz davamız sülhüdə yox bu nə müəmma
Rəhbər dedi ki iş bu təhər amma var amma !
Bir ayətil-kürsü oxusam dünya bitər imiş
Çox söyləmişəm amrikaya qanmadı amma
Biz saymarıq dünyada yasa , qadala qanun
Trampa dedim səhfini dan danmadı amma
Günahsızıq ancaq belə bizdə qusur olmaz
Söylədi bunu lap ucadan , utanmadı amma
Iranda durum eyn budur hər kimsə rəcəz-xan
xan yandıracaq ölkəyə can ? yanmadı amma
Bir kimsəni gördün bu fəlakətdən utansın ?
Fəxr etdi müsəbbıb bu işə ! usanmadı amma
bil işlərimiz tərsdir iranda Eşilbax
Baba kərəmi çalsan oynar lambada amma
27.06.2019 Eşilbax
اُولماز داوامئز صلحده یوخ , بو نه مُعمّا
رهبر دِدی کی ایش بو طَحَر امّا وار امّا
بیر آیت اِیل کوُرسوُ اوخوسام دنیا بیترمیش
چوخ سُویلَمیشَم آمریکایا قانمادئ امّا
بیز سامارئق دنیادا یاسا , قایدالا قانون
ترامپا دِدیم سهفنی دان , دانمادئ امّا
گُناهسئزئق آنجاق بِلَه بیزده قُصور اولماز
سوُیلَدی بونو لاب اوجادان اوتانمادئ امّا
ایراندا دوروم عین بودور هر کیمسه رَجَزخان
خان یاندئراجاق اُلکیه جان , یانمادئ امّا
بیر کیمسَنی گوُردوُن بو فلاکتدن اوتانسئن
فَخر اتدی مُسَبّ بو ایشه اوسانمادئ امّا
بیل ایشلریمیز تَرسدیر ایراندا اِشیلباخ
باباکَرَمی چالسان اوینار لامبادا امّا
27.06.2019 اِشیلباخ