Tapmaca-da , Atmaca
Üç dənə ayaq bir birini minmiş idi.
Üsdəki ayaq dedi “ nə gözəl altım yumuşaq və istidi ”
Ortadakı ayaq dedi “ üsdümdə ki ağırlığ olmasaydı altım yumuşaq və istidir ”
ən altda ki ayaqdan heç bir səs yox idi , çünkü nəfəsi çıxmayırdı .
--------------------------------------------------------------------
Bir hayvan sevər Mirza : morğdariyə getdi söylədi bu morğdarinin Rəisini görmək istərəm.
Rəis gəldi , dedi : “ xir ola Mirza ! nə əcəb bizi yad etmisən ”
Mirza dedi “ bu kampaninin aylıq protokolunu görmək isteyrəm ”?
Rəis : “ nə üçün”?
Mirza :
“Toyuqların sərbəs dolaşım haqqını görmək isteyrəm ” .
Rəis bu sözdən qorxdu , iztiraba düşdü !
Rəisin maavini bu halı görərkən Mirzadan sordu
“ A AA Mirza bu gün naharda nə yemisiniz ” ?
Miza : “ toyuq plovvvvu ”
Maavin “haaaaaa qarnınızda olanların sərbəst dolaşım haqqını heç bir kontrol eylədinizmi ” ?
Mirza bu sözü eşidərkən !
Dedi : “ mənə telefun gəldi mən getməliyəm. ”
Elə o zamandan hər gün beş toyuq yeyən mirza !!!
Toyuqları müdafe eyləməklə məşğuldur !
-------------------------------------------------------------
Bir çoban-dan fəlakət ilə , ən böyük fəlakətin fərqini sordular.
O dedi “ İngiltərə əli ilə İran tarixinin cəəli bir fəlakətdir “
“O cəəliyata fars ziyalılarının inanması ən böyük fəlakətdir.”
“amma , amma” “ Azərbaycanlıların o olaydan xəbərsizliyi fəlakətin fəlakətidir “
elə çoban bu sözdən sonra bir dəfəlik gözdən itdi .
--------------------------------------------------------------------
Heç bilirsiz niyə fars ziyalıları milçəyi Tərlan və Pişiyi Aslan görürlər ?
çün-kü onlar cəəl eyləməyə adət etmişdirlər !
--------------------------------------------------------------------
Bir İt , Eşşəkdən soruşdu işiniz nədir ?
Eşşək dedi “ ərbabın yükünü daşımaq və havaya təpik atmaq ”
Eşşək İtdən soruşdu bəs sizin şoğlunız nədir ?
İt söylədi “ ərbabı qorumaq və havaya hürmək ”
Eşşək güldü !
İt soruşdu niyə bəs güldünüz ?
Eşşək cavab verdi və dedi “ bəs vəzifəmiz eynidir
əl ver, yandaş (əl ver həmkar ) ” .
Eşilbax اِشیلباخ