Yarı Hənək - Yarı Dəyənək
Faşizmi bu gün millətimiz eylədi açmaz
Hər hiliyə qarşı dirənib qaçmadı , qaçmaz
Pan-farsın önündə itirmək gərçək olursa
Biganə əli ilə qıdasın tapmadı , tapmaz
Çox şeyləri əldən verərək dostlığa inanmış
Təməl dəyərin türk olalı atmadı , atmaz
Halalla , haram bir yasa tək türkə dəyərdi
Çirkinlyi o yaxşılığa qatmadı , qatmaz
Çönbəldi yalan müddəilər qanmadı ey dad
Söyləm qabadır nuru-yəqin saçmadı , saçmaz
Ey sözdə ziyalı əmədə irqıçı farslar
Bir milli fəal millətini satmadı , satmaz
Zənn eyləmə dev yatdı yuxudan ayılanmaz
Sınav günü gəlsə görərsən yatmadı , yatmaz
Hazırla xəmir , kündə eylə , qoy acısın , döz
Ar olsun ona isti təndir ! yapmadı , yapmaz
Söz ver bizə sən səslə dəni gəlsin Eşilbax
Dəyrmanda qıda dartdı yalan dartmadı , dartmaz
03.08.2019 Eşilbax
یارئ هَنَک - یارئ دَیَنَک
فاشیزمی بو گون مللتمیز اِیلدی آچماز
هر حیله یه قارشئ دیرَنیب قاچمادئ , قاچماز
پان فارسئن اوٌنوٌنده ایتیرمک گرچَک اولورسا
بیگانه اَلی ایله قئداسئن تاپمادئ , تاپماز
چوخ شئی لری اَلدن وِرَرَک دوستا اینانمئش
تَمَل دَیَرین تٌرک اولالئ آتمادی , آتماز
حالاللا , حارام بیر یاسا تک تٌرکه دَیردی
چیرکینلی اٌ یاخشئلئغا قاتمادئ , قاتماز
چُونبَلدی یالان مدّعی لر قانمادئ ای داد
سُویلم قابادئ نورو یقین ساچمادئ , ساچماز
ای سوٌزده ضئیالئ عملده اِئرقئچئ فارسلار
بیر ملّی فعّال ملّتینی ساتمادئ , ساتماز
ظنّ ایلمه دیو یاتدئ یوخودان آیئلماز
سئناو گوٌنوٌ گلسه گوٌرَرسن یاتمادئ , یاتماز
حاضئرلا خَمیر کوٌنده ایله , قوی آجئسئن , دُوز
آر اولسون اونا ایسی تَندیر! یاپمادئ , یاپماز
سٌوز وئر بیزه سن ! سَسله دَنی گلسین اِشیلباخ
دارتدئ قئدا دَرماندا , یالان دارتمادئ , دارتماز
03.08.2019 اِشیلباخ