Tapmaca ilə Atmaca
Heç bu qədər yağışın yağmasının səbəbini bilirdizmi ?
Bir , Yer sulanarkən sizi toz basmasın !
İki ,Günəş sizi çox qurudmuş ! bəlkə bir az yumuşanasınız !
Üç ,öylə çətir açanları öz gözünüz ilə görüb və tanıyasız !
++++++++++
Azərbaycan Türk milləti Allaha şikayət eylədi !
O dedi : ey ilahi mənim solçu balalarım dünya porultarıyasını nəcat verməklə məşğuldu .
Mənim sağ quvvələrim İran sərmayasın qurumaq ilə giriftar .
Mənim ziyalı və rovşən fikr balalarım ağızlarından böyük söz və kəllələrindən zırpı movzu ilə , əl be yaxadırlar .
İndi ey İlahi bəs mənə bir de görüm ? məni nə için yaratdın ?
Məni yaratdın ki ara yerin avarası qalım !
Bəs sən nə təhər bir adil Allahsan ki mənə belə bala nəsib edmisən ?
Demək bu soruya , heç bir cavab gəlməmişdir !
++++++++++
İki Serçə Bildirçinin dilində bir biri ilə danışırdırlar !
Bu danışıqa şahid olan Zığırcın gülərək , belə dedi !
Dedi :” öz dillərini unudanlar özlərini gör nə əzdirillər “.
++++++++++
Bakıda Hərri sözü , Hənn ya Elədirmi deməkdir ?
Amma üçüncü mənası onun yəni tərəf ged özünə , deməkdir .
İndi : Diqqət , Diqqət !
İllər boyudu yalançı İran , İsraili yer üzündən məhv eyləmək istəyir və Amerikaya böyük Şeytan deyir !
Şimdi !
Türküyyə Suriyydə , Amerika yaradan terror koridorunu yox edmək istəyir , əslində ikinci İsrailin yaranmasının qabağını alır .
Amma nədən İran bu iş ilə müxalifdir ? indi bu yalanı nə təhər yormaq mümkündür ?
Demək bu muəmmanın cavabı Hərri¬-dir !
Yəni özünsən ! ey istemarın gərçək balası !
Doğurdanda ged , özünsən !
++++++++++
Güney Azərbaycanda :
Keçələ , Telli .
Tüklərini itirmişə , Zülf-Əli .
Kora , Çırağ-Əli .
Çəvələ , xoş yeriş .
Əyriyə , suca boy
Çeriyə , ala-göz
Qotura , Üzü-gözəl deyərlər.
Bəs indi siz mənə deyin görüm , Adı-gözələ nədən Adı-gözəl deyirlər ?
++++++++++
Türküyyə dünya Türkləri icin , qırmızı çizgi .
Dim-dik durmaq icin , qəvi bir dizdi .
Tarixdən əlvanlıq , şanlı bir izdi .
Yalnız ben deyildi , o biz ilə bizdi .
Varsa belə dovlət ? polad-dan bizdi .
O Cümhüri yıxılsa , nə biz , nədə biz ilə bizdi
++++++++++
Çaqqal Tülküyə dedi “ A-qadaş gəl birlikdə ticarət eyliyək “.
“ Gəl şərik bir dükan açaq , amma əgər
siyasət ilə məşğul olanlar gəlsə ! o zaman buraxıb bir tilimə qaçaq “
Tülkü sordu “ niyə Politikalardan bəs qaçaq ” ,
Yox , yox qardaş ! bəlkə onların hiləsindən öyrənib dükanı açılı açaq , yəni bizdə söz verək amma sözümüzün arxasında dayanmayaq “.
Çaqqal dedi “ afərin , min afərin , mən orasını heç görə-bilməyirdim “.
əgər sən olmasaydın mən bir ömür bu nətiyciyə gəlib çata-bilməz idim “.
Tülkü , Çaqqala dedi : “ axı sən Tülkü deyilsən “ !
++++++++++
Komentar :
Biz Azərbaycanlılar aqay Şəriyətmədarinin guzarını qəbul edməsəkdə Pan- farsın canına birə salmışdır !
Birinci , elə bu guzar Pan-Farsı ikiyə bölüb bir birinin qaşısına qoya bilmişdir .
İki , Pan-Farsların bu qədər nifrəti bəlkə Doktur Sədrə və aqay şəriyətmədariyə bir təcrübə qaynağı olabilmişdir .
Üç , elə Pan-Farsın belə aşırı və ifrati riyakçıyası nisbət cənabi Doktur Sədr ilə Şəriyətmədariyə bəlkə onlarda Pan-Farsa ayri bir baxış pəncərəsi açabilmişdir .
Yəni Pan-Farsın nə olduğunu və bu yetərsiz hejmonunin nə qədər mənfi və eyni-halda manə torədən rolunu bir daha onlar yenidən görüb və düşünməlidirlər !
++++++++++
Alçanın , Badamın , Əriyin kalına çağala deyib yeyəllər .
Üzümün kalından ab-gora yəni sirkə çəkib içəllər .
Şaq-qabağını Günəşin önündə yetişdirib bişirəllər .
Aman aman kal adamın əlindən ! onu bir ton ədviyə ilə sindirmək mümkün deyildir .
++++++++++
Bir çox pasiv və müddəiy xaricdə yaşayan Azərbaycanlıdan sordular , işlər necə gedir ?
O dedi :” əəla “
Sordular ahhha , xaricdə Parlement yarandımı ?
O dedi : “ yox “
Sordular bir cəbhə necə ?
O dedi : “ yox “
Fund , içəriyə maliyə sistmi necə ?
O dedi : ” yox “
Heç olmasa fikir otağı ?
O dedi : “ yox “
Sordular bəs bu əəla sözü nə deməkdir ?
O dedi : “ Pan-fars bizim pasiv olmağımızdan qorxur , elə gəlin pasiv qalax “.
Elə sorquluyan yazıq adam bir dərin nəfəsdən sonra Pahooov deyərək , Gərus ləhcəsi ilə “ Vay DəDəyin Evi Yıxılmaya “ sözünə yükləndilər ”!
++++++++++
Bakıda : bir oğru bir başqa oğuruya rast gəldi ,
Sordu nə yerdə çalışırsa ? vəzifən nədir ?
İkinci oğuru dedi : biz həmkarıq vəzifəmiz eyndir .
Birinci oğuru dedi : haradan bildin mən polisəm ?
+++++++++++
Telefon görüşü !
Bir dığa Pan-Fars ilə bir sadə Pan-İranstin davası !
Kuruş Zəiym Tehrandan və Həsən şəriyətmədari Avropadan .
Kuruş Zəiym :” halo halo , aqay Şəriyətmədari mən sizin İrana demokrasi istədiyiniz Cəbhədən ayrılmaq istəyirəm yəni mən daha yoxam “ .
Həsən Şəriyətmədari :” aqay Zəiym neyə yoxsunuz “?
Kuruş :” bilizimi Azərbaycan İranın başıdı !
Siz o İrana demokrasi , insanlara haqq və azadlıq isyirsizin pufffff “.
Həsən :” aqay kuruş biz bunları danışmışıq , tartışmışıq və yazı şəkilində razılaşmışıq indi birdən birə nə oldu ki “ ?
Kuruşu :” aqay Şəriyətmədari birdə siz İrana fidral sistimi istəyirsiniz və eyn-halda qeyr-Fars qoomlara dil , kültur və çoxlu önəmsiz azadlıq tələb edirsiniz , pufffff , bunlar olmaz “ .
Həsən : “ ay bala , biz bunların üzərində çox tartışmışıq burada daha heç bir dəbbə çıxartmağa yer yoxdu “ .
Kuruş :” yox yox , aqay şəriyətmədari fidralizm sözünü eşidəndə mənim canım üşüyür “.
Həsən :” Ha Ha Ha , aqay Zəiym heçdə müşkül yoxdu , bəs o zaman onu xod-muxdari eyliyək” !
Kuruş : “ yox , yox əslən bu sözlərin yeri dəyil “.
Həsən :” əşşşşi , bəs nə “?
Kuruş :” İslam Cümhürüsıni yıxmaq ! yəni sər-niguni istəyirən , sər- nigunu , bildinizmi “?
Həsən :” ay dağal-baz sən İranda , Tehranda oturub sər-niguni istəyirsən “ .
Kuruş :” həənn mən sər-niguni istəyirəm “.
Həsən :” ədə zalım oğlu ! buna inanan daşa dönsün !
Elə Yeni Gamohun Rəhbərləri , İslam Cümhürisini yıxmaq isdəmədən və İran yasaları çərçivəsində çalışmaq istiyənlərin hər birisinə , on , on-beş il cəza yazmış .
Ay dağal-baz indi sən Tehranda öz evindən oturub sər-niguni şuarı yayırsan , elə sən dedin bizdə inandıq “ !
Həsən Şəriyətmədari telefunu yerə qoyarkən Azərbaycan türkcəsində hər məyuslığa dərman sözünü təkrar eylədi və o dedi :” Pahooov ! xəmir çox su aparacaq “!!!
++++++++++
Adı-gözəldan sordular , bir prablim vardırmı ?
O dedi :” Pan-Fars ilə Pan-İranizmin fərqini bilməyənlər var “ !
++++++++++
Bir silahlı kişi , bir əlində kifi olan çox şik adamın qabağını kəsdi və
Dedi : ” əşşşşi ver gəlsin”?
Şik və məğrur adam dedi : “heç bilirsən mən kiməm” ?
“Mən ilə böylə danışırsan “?
Yox heç önəmli deyil sən kimsən,” ver gəlsin “?
Yazıq çox məğrur adam ciblərini boşaldarkən !
Silahlı dedi :” indi de görüm sən kimsən”?
Cavab verdi və dedi :” mən millət vəkiliyim “.
Silahlı dedi :” bəs o zaman mənim öz paramı ver gəlsin “ !