Yarı Hənək – Yarı Dəyənək
sındırsan əgər sözqabını söz calıyarsan
o gizli tüpürcək tökülər sən yalıyarsan
bir sadə sözü incələmək xibrəlik istər
yoxsa naşısan lələ qızıl xırdalıyarsan
hər kəs yetə o bitgiyə , daiym yaşar amma
bilgi taparaq yaxşını pisdən arıyarsan
axtardı bir ömr tabdı onu qıl-qəmiş amma
qəflətdə yatar ! bitgini mar ilə çalarsan
qəflət yuxusından ayilıb amma gec olmuş
ey zəhməti-zay ! yersiz onu sən qınayarsan
o at ki nəcibdir minişi hər kəsə verməz
amma nəcib olsan ! minişi ondan alarsan
çantanda nəyin var o qədər söylə amandı
yüksək səviyyə gəlsə ora ! onda qalarsan
ata babalardan qalıb o , bizdə məsəldir
yorğan qədəri qatla ayaq , yoxsa qalarsan
ağzından əgər sözlərini poxtə çıxartsan
əmin edirəm vaxt gələr yerinə salarsan
sərrafın önündə əgər sən at çapıdarsan
çox az gətirib xiclət ilə sən balalarsam
təmkinli otur yanşama çox , azca ağır gəl
dedi-qodu ilə məşğul olan o xalalarsan
səhmanca danış dosda gözəl düşmana layiq
yoxsa naşısan düşmən ilə dost yaralarsan
indi sözümüz çatdı başa hardadı Eşilbax ?
o burdadı heç dinməyəcək yoxsa dalarsan
Eşilbax 12.07.2018
سئندئرسان اگر سوُز-قابئنئ سوُز جالئیارسان
اُو گیزلی توُپوُرجک توُکوُلر سن یالئیارسان
بیر ساده سوُزوُ اینجَلَمَک خیبرَلیک ایستر
ای ناشئ بالا لعله قئزئل خئردالئیارسان
هر کس یئتَه اُو بیتگیه دائم یاشار امّا
بیلگی تاپاراق یاخشئنی پیسدن آرئیارسان
آختارده بیر عمر تاپدئ اُونو قئل قَمش امّا
غفلتله یاتار, بیتگینی مار ایله چالارسان
غفلت یوخوسئندان آیئلئب , امّا گئج اولموش
ای زحمتی زای یئرسیز اُنو سن قئنئیارسان
اُو آت کی نجیبدیر مینیشی هر کسه وئرمز
امّا نجیب اُلوسان مینیشی اُوندان آلارسان
چانتاندا نَین وار اُو قَدَر سویله آماندئ
یوکسک سَوییه گلسه اُورا اُوندا قالارسان
آتا بابالاردان قالئب اُو بیزده مَسَلدی
یورغان قَدری قاتلا آیاق یوخسا قالارسان
آغزئندان اگر سُوزلرینی پُخته چئخارتسان
اَمین اِدیرم واخت گلر یئرینه سالارسان
سررافئن اونونده اگر سن آت چاپئدارسان
چوخ آز گتیریب خئجلت ایله سن بالالارسان
تَمکینلی اوتور یانشاما چوخ آزجا آغئر گَل
دِدی-قودو ایله مشغول اولان او خالالارسان
سَحمانجا دانئش دوستدا گُوزل دوشمنَ لایق
یوخسا ناشئسان دوشمن ایله دوست یارالارسان
ایندی سوزوموز چاتدئ باشا هاردا اِشیلباخ ؟
او بوردادئ هئچ دینمَیَجک یوخسا دالارسان
اِشیلباخ 12/07 / 2018