Tapmaca ilə Atmaca
Heç bilirsinizmi nə təhər İNAM bir toplumda ölüb və aradan gedəbilər ?
Bir : toplum içində yayğın yalan kültürü .
İki : fəqirlikdən törənən fəlakət .
Üç : başqanlar arası , karrobçıya əyləmi .
Dörd : yönətənlərin iqtisadi və əxlaqi fəsada bılaşımı .
Beş : biyoloji və doğal cavab-dehliyin , ölümü .
Altı : ayrıseçgiliyin qanun olub və yasıya dönməsi və nəticə etibari ilə etkisi .
Birdə urfan ilə dinin hakmiyət həvəsi .
++++++++++
Heç bilirsiniz niyə Yer-kurəsinin yalnız üçdə biri topraqdı ?
Elə məhz ona görə ki yer-üzündə topraq davası bundan artıq , artmasın .
+++++++++++
Heç bilirdiniz Afərin sözünü kim qazandı ?
Əlbətdə Afərin sözü , vüqarli,təmkinli Azərbaycan Türklərinə qismət oldu
Elə ondan dolayi 1000 point Traxtur Cəbhəsinə nəsib oldu və1000+1 point Samballı milli hərəkətin içəri qanadına təqdim olundu .
+++++++++++
Sayqı-dəyər Tapmaca ilə Atmacanı təqib edənlər !!!
Keçmiş kərə Mr Trampın Amerika siyasətində bir çox müsbət fenomin olduğunu vurğulamışdıq və onun muqabilində duran mafiyadan işarətlər olmuşdur .
Demək o qəddar sərmayədari öz zirvəsinə doğru yəni nəhaiy hədəfə çatmaq için dördəm getməkdədir , indi bu sürəc beş il ya on il ya daha çox çekəcək heç kimsəyə bəli deyildir.
Elə haman o zirvədə yəni öz gəlişməsində demək bu günki sərmayədari bir başqa sərmayədarini doğmağa məcbur olacaqdır .
Sistim öz sürəcinin dəvamində nə təhər gəlişəcək oda heç kimsiyə aydın deyildir amma o gələn prosenin sancısıni biz aşkara görməkdəyik .
əgər biz bunu sadə dilidə desək ya ekiz doğacaq yada doğum ərəfəsində balası ölüb itəcəkdir .
elə əslində Mr Trampın siyasəti bir çox balaca işarət o böyük çençdəndir .
biz bu konunun ardısında nədən komonistlər bu sürəci yalnış görüb və gic olmuşlara yer ayracayıq.
+++++++++++
Heç bilirsiniz niyə Türkyyə danışıqdan yəni diplomasıdan yanadı ?
Bir ,Türkyyə açıq siyasətin tərəfdarıdır .
İki , elə yalnız bu nədən-dən , əgər deməyə bir haqqlı sözün varsa nədə gizlətməlisən ?
Üç , gizli siyasətin ömürü daha çox zamandan bəry bitmişdir .
Dörd , bu çağda doğrudan nə var gizlətməyə ?
Yəni nəyi ört , basdır edəcəksən ki , bir kiçik mobail filmi onu ifşa eyliyə bilməsin ?
+++++++++++
İnsan cəbrə tabehdir !!
Bir yazıq zəhmət-keş Eşşəyin dal ayağında nalı laxlayirdı , o yazıq Eşşəkin ayağını incidib və yaralayirdı .
Yazıq Eşşək kərələr sahibindən istədi , onu Nalbəndin yanına aparıb və onun nalını dəyişdirsin , amma o Eşşəkin sahibi bu gün , sabah edərək , Eşşəki ciddiyə almayırdı .
Demək o yazıq Eşşəkin ayaqı yaralı və sızım sızım zızıldayırdı .
Ta günlərin bir günündə Eşşəkin sahibi Eşşəkə yük çatan zaman ,o Eşşəkə bir fırsət yarada-bilmişdir .
Elə bu fırsəndi görən Eşşək demiş ”fırsəndi foot eyləməz aqil , məgər nadan ola “
Yəni ! ya Əli mədəd deyə ! o dışarıya çıxan nal ilə öz sahibinin dizinə bir möhkəm təpik endirir .
O yazıq Eşşəkin qəddar sahibi huşdan gedir və yük bir tərəfli olduğuna görə yük ilə Eşşək o biri tərəfə yıxılı qalır .
Demək uzun zamandan sonra huşa gələn Eşşəkin gəddar sahibi ayağa qalxıb və deyir ”indi düşündüm”.
Bir gün sonra Eşşəkin sahibi çolaqlıya-çolaqlıya və yazıq Eşşək axsıya-axsıya Nalbəndin yanına gedirlər
O arif Nalbənd görən kimi deyir “ Haaa siz o zəhmət-keş Eşşəkinizi düşünməkdən çətinlik çəkirdiniz , amma nə gözəl ki o laxlayan Nalı düşündünüz “?
“ İndi bildim ki bəşər layiq ehsan dəyil-imiş
Onu yola gətirən yalnız zor ilə cəbr-imiş “
++++++++++++
Heç bilirsiniz neyə Makron NATO-nu bir ölmiş beyin kimi tərif etdi ?
əslində bu qonu zamanın ən maraxlı bir movzusudır , niyə Fransə bu dünyada Anti Türk siyasətinin başda gedənlərindən birisidir ?
elə məhz buna görə Türkyyənin Teror ilə mubarizəsinin qarşında durmuş və Türkyyəni bu yoldan insraf eyləməyə çalımışdır .
elə ona görədə Türkyyənin əleyhinə təxribat ilə məşğuldur .
yalnız bu səbəbdən Amerikanı qınayır ki nədən suriyədə Türkyyənin qarşısında dayanmadın və icazə verdin Türkyyə Suriyəyə girsin .
Makro Amerikaya demək istəyir ki əgər biz bir olsaq İraqı , Əfğanistani və hər yeri pis günə qoya-billik .
O Amerikaya demək istəyir yəni biz bir olmalıyıq və Türkyyənin-də əl ayaqını bağlamalıyıq .
++++++++++
Yol azdıran bir şuar !
Biz hamımız İranlıyıq şuarının altında gizlənən Hejemoni , hansı Hejemonidir ?
Bir - o hejemonidır ki İran adlanan yerdə hamı millətlərə bəxtəvərlik yaradabilmişdir ?
İki - o hejemonidır ki İranda reform ilə refah yaradıb və hamı potansilləri müsavi gəlişdirməyə çaba göstərmişdir ?
Üç - o haman hejemonidır ki ayrı millətlərədə Fars milləti qədər haqq tanımışdır ?
Dörd - o mənfur yetərsiz hejemonidir ki , özünün qalmağını özgələrin ölümündə gömüşdır ?
Elə ona görədə o digər-sitiz və kəm-zərfiyətdir , ayrı dilləri və kültürləri öldürməklə məşğuldur .
++++++++++
Adı-gözəldən sordular Traxtur Cəbhəsində nə var ?
O dedi : Traxtur sükmək ilə məşğuldur .
Sordular onun silahı nədir ?
O dedi onun dilidir !
++++++++++
Rusdan sordular haralısan ? o dedi ” Raşiya “!
Farsdan sordular haralısan ? o dedi “ perşiya “!
Güney-Azərbaycanlıdan sordular sən haralısan ? sən kimsən ? utana utana o dedi “ hələ bilməyirəm “.
++++++++++
Adı-gözəldən sordular bir şey demək isdəyirsənmi ?
O dedi bəli , demək istəyirəm ki patriyot Pan-İranistlər , Pan-Fars deyirlər , bəlkə onların maşasıdırlar .
Sordula bəs Pan-Fars nədir ?
O dedi özgələrə işliyən bir böyük quruh Fars ziyalısı , o hama elitədir ki uluslar arası mafiyanın (mafiyaiy biynəlmilləlinın) oyuncağıdır .
Sordular yəni bunlar biganiyə çalışırlar ?
O dedi bu mənfur Hejemoni yalnız özgələrin əlindədir-lər .
Sordular bəs milli hərəkət nə edməlidir ?
O dedi çox təəssüflə bu mənfur elitə yalnız zor dilin başa-düşür , yəni bizim zorlu siyasi təşkilatlarımızın olması lazim , başqa bir yol yoxdu !
+++++++++++
Allah üç adama lənət eylədi !
Düşmanına düz siyasətçiyə .
Xalqına əyri siyasətçiyə .
Bir-də adama yox , siyasətçiyə .
++++++++++
Sehirli Pahooov sözü , həmişə bir dərin nəfəs çekməyə səbəb olmuşdur .
Elə məhz ona gördə bu seherli sözün işlənim alanı çox böyük olmuşdur .
Bir , çox təəcüb-də qalan zaman .
İki , hirsin öz bağırsağını kəsən zaman .
Üç , heyrət ilə həyəcanda qərq olan çağ .
Dörd , dörd ayaqlı yalan ilə üz bə üz gələn zaman .
Beş , ən mətəl qaldığın çağ ,
Altı , ifratı , ifrata çarpan zaman,
Yeddi , həkkədən yanım yanım yananda .
Səkkiz , ağlın bir gözəlliyin zirvəsində uçan zaman .
Doqquz , bir gözəlliyin sevdası ağlın ilə könülünü zirvəyə daşıyan əyyam .
Amma bir nəşəli Pahooov ondadir ki Pan-fars özünü reklam eyləyən........!
O mənfur şəxsiyət həmişə cümləsini Ye-Türke ilə başlayıb və Ye- Ərəb ilə bitirən zaman !
Yəni Türk bəli ??? o zamandır ki o nəfəs kəsən Pahooov gəlməkdədir .
++++++++++
Heç bilirdinizmi Bakıda maşın sürmək eyni Ərəbistanda dəvə sürmək kimidir ?
Hər ikisidə sellimidir , yəni gözünü yum , qaz ver .
++++++++++
Bir çox ağılı Azərbaycan türkündən sordular ,
Sən İsrail-dən yoxsa Filistin-dən yanasan ?
O heç fikir eyləmədən tez dedi : “ bu bohran bizdən çox uzaqdır , biz ora-ya sülh və onlara barış istəyriz , bizə Yəhudi və Ərəb eyni potansildir , biz onlar ilə ticarət və dostluq yaratmaq niyətindəyik, nə bunun yanın-da onun qarşısında və nə onun yanın-da bunun üz bə üzündəyik , biz bu arada noytural qalmalıyıq və yalnız Azərbaycanı düşünməliyik , əslində biz heç bir böhrandan yana deyillik “.
++++++++++
Qəcələ beyin qavramı Azərbaycan toplumunda !
Bir Qarğa çox dəyərli üzüyü gizlədərkən , Qəcələ yetişdi və sordu “ orada nə eyləyirsn A-Qarğa ” ?
O qarğa dedi : “ Cəviz axtarıram ” !
Qəcələ dedi ki ” Cəviz ağaç başında olar “ və uçub getdi.
Qarğa yanındaki balasına dedi ” Qəcələ beyin yəni bu” !
++++++++++
Heyvanlar arası tutuşdurma !
Bir dörd ayaqlı Dəvə Tikan yeyərkən dilinə batan Tikandan bir daha yemək istəməz .
Şor-göldə çimən dörd ayaqlı Gamışın gözünə duz getsə , o Gamış bir daha o Göldə çimmək istəməz !
Bir kərə batlaqda qalan dörd ayaqlı Eşşək ,bir daha heç zaman eyni batlaqa girməz !
Amma !!!!
Gündə eyni səhfi yaşayan iki ayaqlı hayvan , dünən gördüyü səhf-dən bu gün dərs almq istəməz !
+++++++++++
Adı-gözəldən sordular ay Adı-gözəl hansı haqq ən üstün haqqdır ?
Dedi : “ özünü qorumaq haqqı “ .
Sordular bəs o zaman , Azərbaycanlılar nədən özlərini qorumaq isdəməyirlər ?
Dedi : “ onlar öz-özləri deyillər , hətta onlar heç özləri deyillər “ .
++++++++++++
Heç bilirdinizmi ?
O tay bu tay min Azərbaycan insanından ən çətin məslək nədir ? üzərə bir təhqiqat və sorqulama olmuşdur .
Onların 599-zu cavab vermişlər ki ən ağır şoğl Rəis-Cümhur olmaqdır .
Elə Adı-gözəl bu nəticiyə gülmüşdır !
Sormuşdılar nədən bəs gülürsən ?
O demişdir yəni İranda Rəis-Cümhur olmaq bu qədər çətin və ağır şoğldır ?
599 insan bir ağz ilə demişlər , yalan danışmaq ən ağır ən çətin bir məslək-dir .
Bu sözü eşidən Adı-gözəl susmuşdır.
Bu təhqiqatın davamında 399 nəfər Baş-Nazir olmaqı ən çətin məslək tanımışdırlar .
Yenə Adı-gözəl bu nəticiyə gülmüşdır !
Sormuşlar nədən bəs gülürsənmi ?
O demiş yəni Azərbaycanda Baş-Nazir olmaq bu qədər çətin məsləkdir ?
Elə 399 nəfər yenə bir ağız ilə demişdirlər ki , heç iş görməmək özü çox ağır yəni yalnız yeyib yatmaq ən ağır bir şoğldur hər kəs bacarmaz ?
Adı-gözəl bir daha susmuşdır .
Təhqiqatın dəvamında o min adamda təkcə biri demiş Dülgarlıq ən çətin şoğldır .
O bir adamdan sormuşlar nədən Dülgarlıq bu qədər ağır işdir ?
O demiş ,əgər Dülgar olmasa kim qapı düzəldəcək ?
Yəni əgər qapı olmasa ağızlar açıq qalacaq və ölkənin gizləri üryan olub ifşa olacaq bəs qapı lazimdir ki sirrlər içəridə qalsın .
Demək bu min o taylı bu taylı Azərbaycanlıların içində yalnız bir nəfərdə Qazetəçiliyi ən önəmli və ağır şoğl tanımışdır
min birinci olaraq Adı-gözəldə o adamın fikirinə qatılmışdır .
doğrdanda hirfeyi jurnalist olmaq ən çətin məsləkdir çün ki onlar demokrasinin gərçək Ata , Analarıdırlar.
+++++++++++++
Heç bilirsiniz neyə azərbaycanlılar bu taya keçib o tayın və o taya keçib bu tayın həsrətini yaşayırlar?
Çün ki onların babaları dövvlət qurmaq yerinə , həsrət ağacı tikmişdirlər .
+++++++++++
Eşilbax اشیلباخ