Tapmaca ilə Atmaca
Heç bilirdinizmi şifahi millətlərin tarixini düşmanları yazmış hətta o yazınıda özü istədiyi kimi yazmış idi ?
+++++++++++
Nədən və kimdən qorxmalısan !
Vəhşi Heyvandan ? yox
Zorlu İnsandan ? yox
Ayden Yazıdan ? yox
Qəfil Sancıdan ? yox
Zırpı Hacıdan ? yox
Zəhər-lə Acıdan ? yox
Yalnız : zəif karakterli müddəidən !
++++++++++++
Heç bilirdinizmi ?
Tapmaca ilə Açmaca arasında atışma baş vermiş idi ? elə bu atışma bir böyük gərginliyə səbəb olmuş idi .
Demək Tapmaca , Açmaca-ya xitabən deyir .
“ Heç bilirsənmi bəzi vaxtlar ! yəni əgər məsləhət olursa, üç bir ilə bərabərdir (3=1) ” !
Bu sözü eşidən Açmaca hislənərkən deyir , “ yox heç zaman belə bir şey ola-bilməz “ !
Tapmaca deyir :” bəs dünən İranda üç-litir benzinin qiməti bərabərdir bu gün bir litir benzinin qiməti ilə , yəni ! (Q-3-L= Q-1-L) xilasə eyləsək 3=1 , indi mənə bir de-görüm olar ya olmaz “ ?
Matmatik məntiqini düşünən Açmaca daha bir şey demədi , çün ki İranda hər nə baş-verəbilər
Yəni üç bərabər hətta on olabilər !
+++++++++++
Talehə-baxandan sordular nədən bu işdən əl çəkmiyirsən və dəvam edirsən ?
O dedi : ” nə qədər İran Adlanan ölkə var ! elə bu işin-də yaxşı gəliri var ” !
+++++++++++++
Aya siz Ağayi Həsən Şəriyətmədarinin Azərbaycana ikinci xidmətini tanıyırdızmi ?
Birinci xidmət : fidral söyləmi ilə Pan-Farsa vurulan zərbə .
İkinci xidmət : Ağayi Şəriyətmədari öz ulu babaların Fars tanıtdırmaq ilə Azərbaycanda həmişəlik Pan-İranizmin kökünü silmiş idi .
Onu doğrudanda sağ olsun , milli hərəkətin işini bu əməl ilə çox yüngüllətmişdir , yəni Pan-İranizmin daha Azərbaycanda heç bir yeri yoxdur .
++++++++++++ .
Birisinə anası dua eylədi və dedi ,“ get bala çırağın sönməsin ” .
O gənc xilaf iş ilə məşğul oldu , zindana düşdü orada çıraqlar səhərə tək sonmədilər .
Birisinə-də anası dua eylədi və dedi :“ get bala işləməyib yeyəsən “!
Elə oda qaçdı avropaya və pənahhəndə oldu elə oda bir ömür işləmədi yeyib yatdı .
Birisinə-də atası dedi “ get bala üzün ağ olsun “ .
Oda vətəninə xəyanət eylədi təkcə üzü yox bəlkə tamam vücüdü ilə varlığı həmişəlik akkk oldu .
++++++++++++
Heç bilirdiniz niyə ?
Böyük yalnışlıq olar ! əgər birisi zənn eyliyə ki Avropa qıtasının demokrası gəlişməsinə İqtisadiyatın , Siyasətin , ya xod , abı-havanın ,ya o böyük dünya savaşlarının qatqısı olmuş idi !
Heçdə böylə deyildir !
Tam tərsinə ! həm İqtsad ilə Ticarətin inkşafına və həm Siyasət ilə bilginin gəlişmsinin arxasında bir dərin oyanışmanın və ona ayid ədəbiyatın , mediya ilə mətbuatın var olması və onların hamısının başında nəhəng jurnalistlər ilə ruz-name-nigarların ən böyük etgisi olmuş və hətta eyni halda tarixi bir gərçək şərt sayılmaqdadır .
elə indidə jurnalistlər gəlişmiş ölkələrdə və dünyanın hər yerində böyük rol oynamaqdadırlar , əslində jurnalistləri hər tərəfli gəlişmənin mübbəlliği və səbəb-karı göstərmək mümkündür , demək jurnalistlər elmi məqalələrin transferində qatarda lokmotiv rolunu iyfa etmişdirlər.
Elə bu arzu ilə bizdə o söydiyimiz Azərbaycana öz vəzifələrində doğru düşünən jurnalistlər təmənna edirik .
+++++++++++
Heç bilirdinizmi ?
Bu günə qədər Farslar Azərbaycanlıların əli ilə İrana hökumət etmişdirlər , ancaq bu gündən bəri yəni
Son illərdən etbarə Azərbaycanlıları həzf edib və qırağa qoymaq yolu ilə İrana hakim ola-bilmişdirlər .
+++++++++++
Heç bilirdiniz o hansı üç yoldur ?
O üç xəyanətə gedən yol !
Bir – o təfəkkürdir ki təkcə özü Azərbaycana hakim olarsa ,hər şey oky , tamam işlər doğru və düzgün olacaqdır .
əksinə özünün şərakəti olmadan heç nə yaxşı , düz , gərçək deyil və hər görülən iş hər bir ayrı Azərbaycanlının tərəfindən yalnış və xətadır .
Guya onsız və o şəxsin hüzuru olmadan bir başqa Azərbaycanlı , Azərbaycana xeyir-xah olabilməz !
Demək bu fikirin nəticəsi o söydiymiz Azərbaycana faceyə olacaqdır , yəni bu fikir bizi iş birliyindən ozaqlaşdırıb bizim vəhdətimizə zərər vuran bir düşüncədir , artıq hər Azərbaycanlı bilməlidir ki Azərbaycan hamı Azərbaycanlıların vətənidir .
İki – elə o üsdə ki düşüncə ilə bağlı “ MƏN şərti “ ! yəni Azərbaycanın yerinə özlərini şərt sayanlar həmişəlik bilməlidirlər ki Azərbaycan yox bəlkə MƏN şərtəm deyənlər , bu mən teorisini bir yollux yığışdırmalıdırlar.
Çün ki bu iddıanın arxasında bir böyük rəhbəriyyət davası vardır !
Üç – şəxsi mənafeyni milli mənafeyə üsdün görən şəxslər , bu Cənablarda öz tərciklərini dəyişmək məcburiyətindədirlər .
+++++++++++++
Bakıda Polis Ərabanı kontrol məqsədi ilə dayandırdı ,
Çoxlu axtarış , arama , taramadan sonra polis Maşının sahibinə dedi ver gəlsin , siz bu ayın vergisini verməmisiniz !
Maşının sahibi şok olaraq dedi , yox cənab biz bu ayi artıqlıqcan ödəmişik .
Polis adlar listəsinə baxaraq dedi hanı-bə , sizin adınız burada qeyid olunmayıb , mən nə qədər baxıram ! Qeyim-Əli adı buraya qeyid olmayıbdır .
Baxınız burada çoxlu adlar var Gül-dəmir var vayçətin var Geyim-Əli var .
Elə Geyim-Əli səslənəndə maşının sahibi dedi dayan,Qeyim-Əli haman Geyim-Əli dir o listdə səhf yazılıb lütfən onu islah eyləyin .
Polis haaa indi oldu bəs onun düzü Geyim-Əlidir nə Qeyim-Əli !
Maşının sahibi sevinərək dedi : bəli təmamiyətlə doğrudu .
Polis islah edəndən sonra söylədi .
İndi ver gəlsin !
Maşının sahibi mən onu artıqlıqcan ödəmişəm . mən Dubarə heç bir quruş-da ödüyə bilmərəm .
Polis tam doğru siz Geym-Əli olaraq aylığınızi ödəmisiniz , amma ! siz adınızın islah pulunu ödəməmisiniz !
Polis : indi ver gəlsin !
Elə yazıq maşının sahibi islah parasın eşidərkən haman yerdə donub qalmış idi , yalnız onun titrəyən əlləri cibinə gedə-bilmmiş idi .
++++++++++
Adı-gözəldən sordular milli hərəkətin xaricdə yaşayan fəallarına deməyə bir sözünüz vardırmı ?
O cavab verdi və dedi :
“ Bəli mən onlara demək istərdim ki öz qudrətnizə tanıyın öz potansiyelinizə İNANIN .”
“Rəmz Kilidi , müşkülümizin Açarı sizin əlinizdədir .
++++++++++++
Təbriz-də bir oğru bir varlının evini uzun zamandan bəri nişanlamış idi , elə o evi yaymaq məqsədi ilə bir qaranlıq gecə evin qapısını çalır amma evdən heç bir səs gəlməyir .
Evin hündür divarından yuxarı qalxıb və evin həyətınə düşür , demək həyətın içində olan bir neçə evin birini seçir və onun içinə girir .
Demək oğrunun şanşından o girdiyi evin otaqları çox dəyərli əşyalar ilə müzəyyən olmuş və bəzənmiş idi , oğru gücü çatdığı qədər o dəyərli əşyalardan yığıb bir çuvala doldurabilmış idi .
Heç bir prablim olmadan evin küçə qapısına gedib və açmağa çalışmış idi , elə o çalışmağın səsinə evlərin birindən ev sahibi eşidərkən ! səsləyir “ ahay qapıdaki kimsən “ ?
Oğru şok olarkən tez deyir “ nökərinizdir “!
Evin sahibi sorur “ bəs gecənin bu vaxtı orada nə eyləyirsən “?
Oğru deyir :” zir-zibili aparıram “ və qapını açıb küçiyə çıxır .
Elə yoldan keçən polislər bu adamın belində ki çuvala şəkk eyliyərək o adamı dayandırmağa çalışdılar .
Polis :” ay kişi xeyir ola gecənin bu vaxtı, bunlar nədir “ ?
Oğru dedi :” mən səfərə gedirən bunlarda mənim şəxsi əşyalarımdır “.
Elə inanmayan polis o əşyaları konturul edmək istmiş idi .
Amma Oğru izn verməmiş idi .
Demək polislər o adamı dövrələyib və yaxalayirlar .
Cuvalı açıb o qimətli əşyaları görərkən oğrunun qollarını arxadan bərk balayillar özləri ilə polis idarəsinə aparmaq istəyirlər .
Oğru yalvararkən deyir !
Oğru : “ məni hara aparırsınız , məni buraxın” ?
Polis: “olabilər ! amma cuvalsız ! cuvalı idariyə götümək lazim “.
Oğru :” bəs mənim çəkdim zəhmət” , bir əmək , bir muzd ” bir ələ bulaşan şey “mən” .....
Demək çox tartışmaqdan sonra oğuru polistlərdən bir az pul alıb və azad olur .
indi bu dovsiyə ilə pərvəndə Təbriz şəhərinin beşinci polis şöbəsində ,( Oğruların Rol Dəyişimi ) adı ilə arşivə getmiş idi .
Bizim bildiyimizə qədər bu qalmaqllı pərvəndə bir neçə bastırılı nədəndən dolayi bu günə qədər əl bə əl Təbriz şəhərində gəzməkdədir.
Guya o nədənlərin eşiyə sızan birisi əsasında, belə qeyid olmuşdur.
O azad buraxılan Oğru Təbrizdə polis məsləkinə layiq görülmüşdür , əgər rəhmətə getməyibsə bu günə qədər öz onurlu roluna dəvam edməkdədir .
əgər ölübsə orasını siz deyin , allah ona .....!
++++++++++++
Elədir-mi ?
Güney Azərbaycanda əgər bir yalan ağıla sığmayan olsa ! daha ona göy yalanı deyəllər .
Yəni o yalan , heç-də normal yalan deyildir .
Demək : !!!
İndi qırx ilə yaxındır ki İran İsraili məhv eyləyıb və aradan götürmək laf ilə məşğuldur .
Amma bu arada İran bölgə-də , İsrailin tamam düşmanların və rəqiblərin doğrudan-da məhv edmişdir .
Elə İsrail tərəfi-də uzun zamandı İranın nukluyar və payi-gahı atomu-nu yəni muşəklərini vurmaq istəmişdir .
Elə haman İsrail-də bölgə-də İranın rəqiblərin və düşmənlərini zəiflətməyə çalışmışdır .
Elə ona görə-də bu yalanların mahiyəti heç-də yer yalanı karakteri daşamayır ! bəlkə bir böyük müəmma kimi özünü bizə göstərməkdədir !
Guya bir üçüncü yalan varıyantıda vardırmı ?
Olarsa ?
Oda ! O kühh düşmüş toyuğun cücələri nə ola ?
+++++++++++
Suı-təfahimə yol açan bir sözcük yəni gücümə güc qat sözü !
Elə bir uca sıx qayanın başında istrahət eyləyən iki dağçı danışarkən o beş yüz metir hündür qayadan aşağa-da ki dənizə baxrdırlar.
Elə onların birisi çox yorulmış idi və çox ah zar edirdi və deyirdi :” nə təhər məqsədə çatacayıq məndə daha heç inirji qalmamışdır “ !!!
Amma ikinci dağçı elə ona ürək verməklə məşğul idi ,
Elə bu danışıq arası o yorğun dağçı o biri dağçıya dedi : “ mən bu yolu sona qədər bitirə-bilmirəcəyəm , məgər sən gücümə güc qatasan “ !
İkinci dağçının heç bir kötü niyəti olmadan !
Dedi :” qoxma mən sənin yanında varam “, əl ilə kürəyinə çalaraq ona daha ürək vermək istəmiş idi .
Amma əlinin gücü o qədər çox idi ki o yazıq yorqun dağçını qayadan aşağıya doğru yola sala-bimişdir .
Demək o beş yüz metir hündür dağdan aşağaya uçan dağçı , gücümə güc qat sözünün qurbanı olmuşdır .
++++++++++++
Heç bilirdiniz ?
O dörd nədəni ki insanı ölümə razı sala-biləcək ,
Hansı nədənlərdir ?
1- İranda yaşamağa məcbur olmaq .
2- İranda sekular düşüncəyə sahib olmaq .
3- İranda doğulanda qız doğulmaq .
4- Birdə elə yazıq İranlı olmaq .
++++++++++
Adı-gözəldən sordular , bir dövlət yaratmağa nələr lazim ?
O dedi :” milli sərmaya , milli sərmayadar , eytim görmüş Teknokratlar , xeyr-xah dost , yaxşı qonşular , birdə beynal-xalq arası yaranan şərtlər .
Amma ən üstün varlıq ki bir milləti , millət eyliyər onun sarsılmaz iradəsidir “.
++++++++++++
Mr-Tramp Amerika siyasətində bir gərçək fenomen!
Dəyərli siyasi Tapmaca ilə Atmacanı təqib edənlər .
Keçmiş dəfələr yaşadığımız dünyada ənənəvi , siyasi dövlətlərin yanında bir çalışqan uluslar arası mafiya ( mafiyayi beynəlmiləli-dən ) söhbət aparmışdıq , demək bizim bu real dünyamızda dövlətlər və onların muxalifi yəni onların opozisiyonun vurğulamışdıq , təəssüflə bunların yanında bunlara böyük bir təsir buraxıb etgiliyən şəxsilər ,örgütlər və labiçi guruhlar vardır ki bunların əsli çalışqanlığı yalnız yasa dışı və qanundan xaric siyasi işləri qabağa aparmaqdır .
Qeyid etmək lazimdir ki zaman zaman bunların qeyri qanuni işləri çox isabətli olub və onlara çox uğurlar qazanmışdır .
Böyük heyrətlə demək lazimdir ki biz Azərbaycanlılar yalnız Türk olduğumızdan dolayi bu mafiyanın əsli çirkin hədəflərindən birisi olmuşduq və olacayıq .
Bu anti Türk mafiya heçdə sənin əməlindən içtimayi rəftarından asılı olmayan bir önyarğı ilə sənin üz bə üzündə dayanmışdır elə nə edirsən et ,haraya gedirsən get , sən Türk olduğun için işlərin yalnış , gördüklərin xətadır .
Biz hər gün bu mafiyanın Türküyyə olduğu munasibəti təəssüflə təcrübə edib və yaşayırıq .
Mr-Trampa gəldikdə o cənab-da mafiya tərəfindən radar altındadı elə oda nə eyləyirsə edsin mafiyanın xeyirinə olmasa bir böyük basqıya məruz qalıb və qalacaqdır .
Demək mübarizə həm bizə və həm başqa mafiya qurbanlarına dəvam edməkdədir .
Baxalım tarixin qəzavəti bu davaya , nə yazar .
+++++++++++
Adı-gözəldən sordular
Nə demək istəyirsən ?
O dedi : ” saxla samanı , gələr zamanı ”.
“İndi ki zamanda bizə hətta bir şəhid çox çoxdu”.
Sordular nə demək istəyirsən ?
O dedi : Səbir eylə , zorunu topla .
Bu üsdü bastırılı sözləri düşünməyən və işarədən qanmayan , bir daha .
Sordu və dedi : Adı-gözəl gorxursanmi ?
O cavab vedi və dedi :” yox “
“ Mən yaşamağa mucadilə vermək istəyirəm “.
“ Ölürsən öl ancaq yaşamağ için , goy zamanı gəlsin “.
Sordular o zaman bəs haçandı ?
O dedi :” mərkəz titrəyəndə “.
Sorquçu : Ahhha indi bildim biz özgələrə qurban olmamalıyıq deyə , çıxıb getdi !