Tapmaca ilə Atmaca

Tapmaca desəm taparsan ?

O hansı millətdir illərdir öz ana dilinin haqqlı ya hqqsız olmasının üzərində tartışmaqdadır ?

Əlbətdə bu sorunun cavabı çox çətin deyil , çün ki yalnız bu prablemi yaşayan tək bir millət vardır ! yəni yaşadığımız dünyada bir ikinci millət yoxdur ki öz ana dilin haqqsız tanısın !

Amma önəmli orasıdır ki bu tapmacaya cavab axdarakən facyənin dərinliyin tapacaqsınız !

++++++++++

Heç bilirdinizmi ?

Şıltaqlıq ya şıltaxlıq sözünü bu günə qədər təkcə uşaqlar için istfadə olunmuş idi !

Şıltaqlanmaq sözü əzilmək ya özünü əzdirmək deməkdir ,elə baba və mama-dan artıq təvəccüh tələb edən uşaqlar bu işi görmüşdirlər.

Çox təəssüflə bu son illərdə bizim böyük təcrübə sahibi olan siyasi və ağ-saqqllarımız-da şıltaqlıq eyliyərək küsməyə başlamışdırlar , nə yazıq ki onların nazını heç bir çəkən olmayacaqdir !

                ++++++++++++

Bir küçədə üç karakter yaşayırmışlar !

Birinci karakter : evinin zir-zibilin küçəyə tullayırmış !

İkinci karakter : burnunu küçyyə silib və dəvamlı o gündə keçdiyi küçyyə tüpürcək atırmış !

Üçünci karakter : hər gün bu olaylara şahid olduğu için saçlarını yolub haman küçyyə tökər imiş .

İndi siz mənə deyin görüm , bir il sonra o küçə nə hala düşəbilər ,və nə hala düşmüş imiş?

Hətmən siz deyəcəksiniz , o küçə bir il sonra bir küllük-xanaya bənzər ! ya bənzər imiş !

Xeyir !

bir küllük-xanaya yox !

bəs o zaman , haralara bənzər ya bəzəyəbilər imiş ?

               +++++++++++++

Əgər dediniz mənfur terror hansı dili düşünə-bilir ?

Diploması dilini ? yox

İki tərəfə diyaloq dilini ? yox

Alış-veriş və ticarət dilini ? yox

Milli çıxarlar üzərə istfadə olunan dili ? yox

İnsanlar arası normal telepati dilini ? yox

Bəlkə !

Yalnız və yalnız zor dilini !

                +++++++++++

Heş bilirdiniz niyə Türkyyənin İran siyasətinə lab ucadan gülməlisiniz ?

Əgər biz İran ilə Amerikanın Qasim Süleymani bohranına diqqət edərsək , görəciyik ki  !

Rusiyyə İranı yaxşı tanıdığından dolayi və məhz İranın yalançı olduğuna görə və istemarın İrana olduğu munasibəti tam düz tanıdığı için .

Putin və Rusiyyə yetgililəri çox sakit və riləks-idilər.

İranın öz siyasətçiləridə çün ki özlərinin yalançı və dağal-baz olduqlarını yaxşı bilirdirlər , onlarda çox aram , yalan hərbə-zorba ilə məşğul-idilər

Amma yazıq Çavuş-oğlu yersiz İranın hart-purtına inanaraq özünü həlak etmişdir , çün ki İranın dığa və satqın siyasilərini və biganələrin əllərini orada hələ görüb , tanıya-bilməmişdirlər ! və çox əminəm ki yüz il sonrada tanıyabilmeyəcəkdirlər .

                ++++++++++++

Müddəi ilə savaş :

80 Amerika əsğərinin ölüm xəbərini yayan İslam Cümhürüsi hətta 80 milçəyidə öldürəbilməmişdir !

Amma bu milyardlara başa gələn muşəklər nə için fısqırtmışdır ?

Elə bu muəmmanın cavabi təkcə ulduzlarda yazılmış !

Lütfən münəccimlərə müraciyət edin .

                   +++++++++++

Heç bilirdinizmi ?

Pan-farsın yalnış hesablamasını !

Tarix 28.06.1914 Sarayevo şəhərində Frans Ferdinandın və onun xanımını sui-qəsdi səbəbi ilə ikinci dünya məharbəsi baş vermiş idi .

Elə özünü çox təhvil alıb əzdirən Pan-Fars zənn edmişdir ki Qasim Süleymanın ölümü ilə dünya bir birinə dəyəcək , qafil ondan ki onların o bölgədə vücüdü və hakimiyəti istemarın özəl istəyidir !

                  ++++++++++++

Tarix : 17.05.2000

Almanıyada Azərbaycan səfirliyi ilə bir turistin söhbəti.

Səfirlikdə ki telefon : dılınq..dılınq..dılınq !

Telefonçu : Halo , Eşidirəm , kimdir ?

Turist : Halo , mən turisdəm . informaçiya isəyirəm .

Səfirliyin Telefonçusu : nəəəə ? yoxduuu .

Turist : bəs o zaman nə təhər Azərbaycana getmək olar ? nə təhər viza almaq mümkündür ?

Telefonçu nəəəə ? bilməyirəm !

Turist : bəs o zaman İnternet unvanızı verin lütfən .

Telefonçu : www , nuqtə , yeyərəm @ çəkərəm dərd

Turist : o cavabları eşidən-dən sonra deyib çox çox bir əcib qərib ölkədir Azərbaycan və telefunu yerə qoyub .

İndi o ildən 20 il keçmiş , Azərbaycanımıza uğurlar arzu edərək , inşallah sefirlik öz rəftarın dəyişmişdir !

                ++++++++++++

Əlli milyon Azərbaycanlının Prezidentindən sordular , Marağa nə deməkdir ?

O demiş : Mekzikada olan bir köyy !

                ++++++++++++

Heç bilirdinizmi ?

Bir daha tapmaca ilə açmaca arasında atışma baş vermişdir bu atışma silahlı olmasada amma təəssüflə çoxlu şəhid və yaralı vermiş idi !

ənənvi şəhid və yaralı insan olmasada elə insanlara ayid sözlər şəhid olmuş idi !

Elə yeri gəlmişdə bir neçə şəhid sözü tanıtdırmaq heçdə yersiz olmazdır !

Demək o on-yeddi şəhidin içində Ədalət , Haqq , İnsaniyyət və Demokrasi və çox başqa dəyərli sözləri görmək mümkündür , elə mindən çox yaralı olan sözlər içində Barış ilə Sülh , Noytral , Ay dinmə , Ay eləmə , Ay yavaş və Güzəşt ilə Bəxşiş sözlərini görmək mümkündur .

Burada heyrətlə demək lazimdir ki o ara qatan Mən , Mənim-ki , Mənə ayid Özəllik-lə Mən və sayir böylə sözlərin hətta bir də zərər görməmişdir .

Amma bu atışmanın əsli nədəni ondan ibarət idi ki !

dini Rəhbərlər İlahi yolu buraxıb , siyasi iş ilə məşğul olmuşdırlar !

elə ona görədə tamam dəyərli sözlər etibarsız olmuşdırlar .

                   ++++++++++++

Diqqət , Diqqət !

Amerika ilə İsrailin bayraq istishalının artmasının gərçək nədəni ?

Demək:

İranın onları yandırmaq mərasimi ilə aradan aparmaqı bu artmağın yalnız səbəbi qeyid olmuş idi !

                  ++++++++++++

“ Düşmandan əsirgiyən , yaranı özündə görər ”!

Sehirli Azərbaycan türkcəsində , elə Atalar sözü var ki inanılmaz qədər həqiqətə yaxın yada ki elə həqiqətin özüdür.

Bax ? elə şahın oğlu və mənfur səltənət-tələbləri , əgər Azərbaycanlılar görməz-dən gələrsə elə onlar Azərbaycanlıların başının bəlası olacaqlar !

Onlar qeyri farsların yalnız dili və kültürü azad olmasın deyə , bəsic və Pasdarlar ilə iş birliyinə hazırdılar .

Elə həman fakt bu müvcud Çətələrin insanlıqdan çox uzaq olmalarının təkcə bir nümunəsidir .

Bəs gəlin bu çətələri ciddi tutaq . 

                   +++++++++++++

Heç xəbəriniz vardırmi ?

Bəli , İran adlanan yerin xəbərlərində gəlir !

İran hər il nisbət o keçmiş ilə taysız Rekorlara nail olmuşdur .

İnanılmaz bu nadir Rekorlar nədir ?

Bu Rekorlar hansı mahiyəti daşımaqdadır ?

Demək il bə il Ziyarətçilərin Ziyarətgahlardan ziyarətinin artması bu sevindirici xəbərin baş yazısı   olmuşdur .

Ha-belə ! Ərbəin-Xani xəbəri bir digər sevindirən rekord xəbəri olmuşdur yəni yas mərasiminin artması bir böyük Rekord xəbəri kimi yansımışdır !

Elə bu Rekordları İslam Cümhurisi bir çox həyəcan ilə yaymaqdadır .

İnsan bu xəbərləri eşidəndən sonra ! ölkənin nə durumda olduğunu çox ağrı ilə dərk edməkdədir .

Amma eyni halda bu ölkənin iqtsadiyatının pis zamanında 50 milyon Dollar Qasim Süleymaninin Cənazə tötəninə xərc etməsi daha bir kimsəni iqna edəbilməmişdir !

Olmaya həməşəlik sağlam ağıl bu ölkədən köç edmişdir ? ya rekordlar üsdünə bir daha rekord .

               +++++++++++

İNTQAM !

Heç bilirdinizmi ? İntqam , İntqam şuarı abırsizliq ilə Cinayət törədmişdir ?

Demək : Kağazdan Pəhlavan və sadə-loh Pasdarlar qorxu və panik içində olaraq , guya Okrayinin çivil Təyyarəsini Amerika hərb təyyarəsi hesab edib vurub salmışdırlar ,Ya ki Amerika həmlə edəcək diyə , çivil təyyarəni salıb Amerikanın boynuna yıxmaq istəmişdirlər ta o olaydan bəlkə Amerika əleyhinə bir propaqanda materiyali çıxarda-bilsinlər .

Nə gözəl ki bu insanlıqın ziddinə olan planlar bir bə bir ifşa oldular .

Bu qorxu və panik içində olan yalançı Pəhlavanlar Amerikaya cavab və Amerika Əsgərlərinin yerinə ! ölkənin batı vəTehran səmasında minlər Milçəyi və Mığ-Mığanı bir çox özəl istedad ilə məhv və yox edə-bilmişdirlər !

Bu cahil rejimin töküntüləri Okrayinin çivil təyyarəsinin Əmdi vurulmasını ört bastır etmək istəmişdirlər , qafi ondan ki həzrəti satalit onu ifşa edəcəkdir.

              ++++++++++++++

Bir soru , min Heyrət !

Əgər bir təbii qəzada yəni zilzilə-də on Adam ölürsə və onlara yardım akçıyasında yəni pəto və ərzaq paylanımında otuz-dan çox adam ölürsə ?

Əgər bir Qasim Süleymaninin dəfn mərasimində bir adamı qurlamaq için atmışdan çox adam ölüb və yüzdən çox yaralanırsa ?

Fərəh Pəhləvi və Fərrox Nigəhdar hansı kültür və fərhəng-dən difa etmək istəyimiş ?

Aya bu vəhşilikdən difa etmək mümkündürmi ????

Aya öz ana dili yasaq olan Fərəh xanımın heç fərhəngi vardırmı ?

Aya yetmiş fayiz-dan çox ğeyr fars millətlərin kültürü qətl-ama məruz olan yerdə ,yalnız və yalnız bu işin səbəb-karı Fars fərhəngi olduğunu Fərrox Negəhdarın xəbəri vardırmı ?

                    ++++++++++++++

Böyük Tablo

Görəsən Pan-Farsın duzağına düşən şəxsilər o var olan fərqi anlıyacaqlarmı ?

Nəjad-pərəst Pan-Fars İranın bu günə gəlib çatmasının yalnız səbəb-karı , çalışır şəxsi Xaməneyini bu duruma cavab-deh göstərsin .

Hal bu ki İranın bu günə gəlib çatmasının gərçək və əsli amili bir qısır Pan-Fars Hejmonisidir .

elə bu na-karaməd Hejmoni ,İran adlanan yerdə hər reformun və hər musbət dəyişikliyə gedən islahatın qarşısında dayanmışdır .

Bəs o zaman yalnız Xaməneyni bu işə cəvab-deh edib və propaqanda yapmanın son məqsədi nədir ?

Bəli o dığa Pan-Fars Hejmonisi İslam Cümhürüsinin başnı vurub bədənini mənimsəmək niyətindədir .

Onlar bir çox məharət ilə movcud qovvələri birləşdirərək bir hazırlıq içindədirlər , demək belə bir durum göz qabağında ola-ola Pan-Farsı qoyub Pan-İranistləri böyüldənlər bir ciddi yalnışlıq içində deyildirlərmi ?

Aya Xaməneyni bu qədər böyüdmək və hər nəyə cavab-deh göstərmək Pan-Farsın dili ilə danışmaq deyildirmi ?

                 ++++++++++++