Yarı Hənək – Yarı Dəyənək
Rekord qıracaq , sadir edir dünyaya virus
Va-nəfsadır İranda ! gəlib neyliyəcək rus
İran verəcək molla Çinə , Çin İrana əngəl
Al ver için molla deyəcək , gəl bala virus
Birinci kərə yox ki ? böylə faciyə olmuş !
Yer deprəmi , hərb , seyl , indi-də virus
Bağlandı sınır dünya üzərə qorxuluq hakim
Alqışladı molla bu işi , çox sağol virus
Onlar çalışır ölkədə bir qorxu yaransın
Asan eyliyən bu pis işi ! Kornadı virus
Ya yas olacaq , ya ki əza , ya ki bu şivən
Söyləmləri yalnız ölüdü ? daş başa virus
Mən zənn edirəm onlar ilə əl-bir olubsan
Virusların ancaq olacaq həmdəmi virus !
Qırx ildi İran ! Epdemiyə məruz olubdur !
İndi gəlibsən sən deyəsən virusam virus
Xoş gəlməmisən ölkyyə o dəvəti qaytar
Sənsizdə qıran çoxdu bizi ! get ağa virus
Bir kimsə danışsa deyəcək şayəə yaydın
Cəzası bilin həbs ! yada ki mərgdi virus
Eşid nağılın ən sonunu ağlama Eşilbax
Bilim tapacaq dərmanı ! nə virusa , virus
25..02.2020 Eşilbax
رِکُرد قئراجاق ! صادیر ادِیر دنیایا ویروس
وا-نفسادئ ایراندا گلیب نه ایلییچک روس
ایران وئرجک مولا چینه , چین ایرانا انگل
آل-وئر ایچون مولا دییجک گل بالا ویروس
بیرینجی کره یوخ ! کی بیله فاجعه اولموش
یئر دِپرمی , حَرب , سئل , ایندیده ویروس
باغلاندئ سئنئر دنیا اُزونه قورخولوق حاکیم
آلقئشلادئ مولا بو ایشی , چوخ ساغول ویروس
اونلار چالئشئر اولکه ده بیر قورخو یارانسئن
آسان ایلیین بو پیس ایشی ! کورنادئ ویروس
یا یاس اولاجاق , یا کی عزا ایله بو شیون
سوُیلم لری یالنئز اُولودو ! داش باشا ویروس
من ظنّ اِدیرَم اونلار ایله اَل بیر اولوبسان
ویروسلارئن آنجاق اولاجاق همدمی ویروس
قئرخ ایلدی ایران ! اِپدمی یه معروض اولوبدور
ایندی گلیبسن سن دییسن ویروسام ! ویروس !
خوش گلمَمیسن اولکه یه ! اُو دعوتی قای تار
سنسیزده قئران چوخدو بیزی , گئت آقا ویروس
بیر کیمسه دانئشسا دییجک شایعه یای دئن
جَزاسئ بیلین حبس , یادا کی مرگ دیر ویروس
اِشید ناغئلئن اَن سونونو آغلاما اشیلباخ
بیلیم تاپاجاق درمانئ ! نه ویروسا, ویروس
اِشیلباخ 25.01.2020