Qusura baxma :

++++++++++

Sevgülüm

Ey sevməli gülüm

Uzaqdan yazdığım bu qısa məktub ,

Bilmirəm əlinə çatacaq ya yox ?

Başımız üstündə duran bulutlar

Bilmirəm mirvarı yağacaq ya yox ?

Demək ,

O paxıllıq qapını döysə !

Bilmirəm qapını açan olacaq ?

Duruxma boğaz-da kilitdənən-də !

Darıxma nə təhər ordan qaçacaq ?

+++++++++++

Yəqin !

Doğru çağın çırta çırtında ,

Təkrar olmayacaq heç dünənimiz .

Gələcək bizimdi böylə inanaq

Yerin almayacaq itirdiyimiz

Qusura baxma ki pis xəbər yazdım

Spartakus öldü xatirələr-də .

Paslandı səviyə iradələr-də

Tarix-də dirənir qərinələr-də

O zaman dediyin , axar bir şeydir

Çalxanır saatın bil beynindədir

Məkan eynidir , düz yerindədir .

Sən yaz !

+++++++++++++

Sən yaz !

Baxçamızda ki o tut ağacı

Zığırcin quşların qonaq eyləyir ? mi ?

Sürüdən ayrılan o şeytan çəpiş

Divarlar üstünü yol eyləyir ? mi ?

O kəhlik ?

Bildircin ?

O qaran quşlar ,

Acırlu çayını seyir eyləyir ? mi ?

Hümmm

Gorus mahalının yağlı kökəsi !

Govdul mahalının ağ-pətək balı

Balçılar yaylağa köç eyləyir ? mi ?

++++++++++++

Qusura baxma o pis xəbərdən ,

Çeqvara tarixdə , keçmişdə qaldi

Nə olar ki !

Yaşasın Lətif Həsəni

Qoy deyim ölməsin Lisani bəyi .

Eşilbax 02.03.2020

+++++

سِوگولوم

ای سِوملی گولوم

اوزاقدان یازدئغم بو قسا مکتوب

بیلمیرم اَلینه چاتاجاق یا یوخ

باشئمز اوستونده دوران بولوتلار

بیلمیرم مرواره یاغاجاق یا یوخ

دِمک,

اٌ پاخئللئق قاپئنی دویسه

بیلمیرم قاپئنی آچان اولاجاق

دوروخما بوغازدا کیلدلشنده

دارخما اورادان نه طهر قاچاجاق ؟

یقین

دوغرو چاغئن چئرتا چئرتندا

تکرار اولمویاجاق هئچ دوننیمیز

گلجک بیزیمدیر بویله ایناناق

یئرین آلمایاجاق ایتردییمیز

قوسورا باخما کی پس خبر یازدئم

اسپارتاکوس اولدو خاطره لرده

پاسلاندئ سووییه اراده لرده

تاریخده دیرَنیر قرینه لرده

اُ زامان ددین , آخار بیر شئیدیر

چالخانئر ساعاتئن بیل بینینده دیر

مکان عیندیر , اُز یئرینده دیر

سن یاز

سن یاز

باغچامئزدا که اُ توت آغاجئئ

زئغرجئن قوشلارئن قوناق ایلیرمی؟

سورودن آیرئلان اُ شئطان چَپیش

دیوارلار اُستونو یول ایلیرمی؟

اُ کهلیک ؟

بیلدیرجین ؟

اُ قارانقوشلار

آجئرلو چایئنی سیر ایلیرمی ؟

همممم

گَوروس ماحالئنئن یاغلئ کوُکه سی !

گودول ماحالئنئن آغ-پَتک بالئ

بالچئلار یایلاغا کوج ایلیرمی ؟

قوسورا باخما اُ پس خبردن

چگوارا تاریخده , کئچمیشده قالدئ

نه اولار کی !

یاشاسئن لطیف حسنی

قوی دیم اٌلمسین عبّاس لسانی .

اِشیلباخ     02/03/2020