Yarı Hənək – Yarı Dəyənək
+++++++++++++++++
Tərs ya Avand ( birinci bölüm )
+++++++++++++++++
Ehtiyat yıxıldı dişi qanadı
Öküz fikir eylədi bəlkə danadı
Qumar özü qumarbaza uduzdu
Diksindi ağ şəkər dedi-bəs duzdu
Hənək vurdu dəyənəki sındırdı
Soyuq xəyal odun kibi yandırdı
Qıtmırlıq göstərdi öz kəramətin
Şarlatan məclisdə oldu çox mətin
Qıtlıq qırtıldadı qıdlar gələndə
Qırılmaq dirildi varlıq ölən-də
Qənaət xərc etdi dədə malını
Qorxu yığdı doldurdu anbarını
Tənbəllər özlərin lap zirəng bildi
Acı dil dedi -bəs , bal-dan şirindi
Pislik ilə yaxşılıq dəyişilibdir
Səliqə öz səliqəsinə ilişibdir
Oğurluq boynuna medal taxıbdı
Əyrilik düzlüyə , qara yaxıbdı
Ölçənlər ölçdılər əyri ölçü ilə
Bölənlər böldılər yalnış bölçü ilə
Elə ona görə hallar yamandır
Bir va-nəfsa gərgin aman-amandır
Yardım səbəb oldu fəqirlər ölsın
Qatil razı oldu qətli bölnsın
İgidi ! rəşbərlik yoxsul eylədi
Utancaq gərçəyin kökün peylədi
İnsanlar düz təməl , taraz qoymadı
Aşırı bedətin dərisin soymadı
Böylə idi ilgilər toplum içində
Dığalıq biçərdi çin-çin biçində
Elə bir qalmaqal düşdü dünyada
Eşq ilə məhəbbət gəlmədi yada
Haram təpiklədi halal yıxıldı
Gədələr şah oldu alim sıxıldı
Qırıbdır bəndini bu gün vəhşilik
Konturol eyləyir bizi dəlilik
Eşilbax 20.08.1998
یارئ هَنَک – یارئ دَیَنَک
احتیاط یئخلدئ دیشی قانادئ
اُکوز فیکر ایلدی بلکه دانادئ
قُمار اُزُو قماربازا اودوزدو
دیکسیندی آغ شکر دِدی بس دوزدو
هَنَک واوردو دَیَنکی سئندئردئ
سویوق خَیال اودون کیمی یاندئردئ
قئتمئرلئق گوستردی اوزُ کرامتین
شارلاتان مجلیسده اولدو چوخ مَتین
قئتلئق قئرتئلدادئ قئددئ گورنده
قئرئلماق دِیریلدی وارلئق اولنده
قَناعت خرج اِتدی دَدَه مالئنی
قورخو یئغدئ دولدوردو آنبارئنی
تنبللر اوزُلرین لاب زیرنگ بیلدی
آجئ دیل دِدی- بس بالدان شیریندی
پیسلیک ایله یاخشئلئق دَیشیلیبدیر
سَلیقه اوزُ سَلیقه سینه ایلیشیبدیر
اوغورلوق بوینونا مِدال تاخئبدئ
اَیریلیک دوزلویه قارا یاخئبدئ
اُولچنلر اُولچدیلر اَیری اُولچو ایله
بوُلنلر بوُلدولر یالنئش بوُلچو ایله
ایله اونا گوره حاللار یامانئ
بیر وانفسا , گرگین امان- اماندئ
یاردئم سبب اولدو فقیرلر اولسون
قاتیل راضی اولدو قَتلی بوُلونسون
ایِگیدی رشبرلیک یوخسول ایلَدی
اوتانجاق ! گرچَین کوکون پیلَدی
انسانلار دوز تَمَل , تاراز قویمادئ
آشئرئ بدعتین دَریسین سویمادئ
بوُیله ایدی ! ایلگیلر توپلوم ایچینده
دئغالئق بیچیردی چین-چین بیچینده
اِیله بیر قالماقال دوشدو دنیادا
عشق ایله محبت گَلمَدی یادا
حرام تَپیکلدی حالال یئخئلدئ
گَدَه لر شاه اولدو عالیم سئخئلدئ
قئرئبدئ بندینی بو گون وحشیلیک
کُنترول ایلیر بیزی دَلیلیک
اِشیلباخ 20.08.1998