Sən , sənsən
++++++++++
Farq var ki , farqlısan
Sən ayrısan
Bam-başqasan
Az dəyişik
Bir danəsən
Odur ki məhz özün
Bir sən özün .
Öz elində pərisən
Heç uzaq yox bərisən
Dirənən , hazır-cavab
Düşmən gözündə cərisən
Atamın ann tərisən
Sən , Sən özün
++++++++++
Farq var ki , farqlısan
Mehrban
Ürəyə-yatan
Köynəyi katan
Ayla batan .
Günəşli günlərimə
Dad , duz qatan
Həm bireysəl
Həm özəlsən
Sən özün
++++++++++
Farq var ki , farqlısan
Boyunda axışım gür
Öz qınında özgür
O qın arayişində sən , sən oldun
Boyaq ilə boy özəl
Təpədən dırnağa naqqış sən için
Bir kəsə bənzəmədi kipriklər
Bəndlər-lə o sümüklər sənə ayid
Qaşlarında aşırım , pöhrədi pöhrə
O kibar dalğa telində
Sədəf dırnaqlar əlində
Dərin ki ! qamçıdı , yümşaq
Davranış incə , mükəmməl
Bəlkə bir allaha ayid !
Böylə yalnız sənin imiş
O təcəlla-da duruş
O yürüş
Nəfəsin çəkməsi ancaq
Bir nişandır sən için
Yəni !
Sən , sənsən
Sən özün
++++++++++
Farq var ki , farqlısan
Elimin gül balası
Dağların qan lalası
Bağrı yanmış
Köz qalanmış
Hegemən .
Bir dəyər vardı ki dəycək dağıdar qurquları
Sındırar o qəfəsi , o duzaqı
Sən , ey aslan qalasan
Sən , sənsən
Sən özün
04.04.2020 Eşilbax
+++++++
فارق وار کی , فارقلئسان
سن آیرئسان
بام باشقا
آز دَیشیک
بیر دانه سن
اودور کی محظ اُوزون
بیر , سن اُوزون
اُوز اِلینده پری سن
هئچ اوزاق یوخ بری سن
دیرَنَن , حاضر جاواب
دُوشمن گوُزونده جری سن
آتامئن آنن تری سن
سن , سن اُزون
فارق وار کی , فارقلئسان
مهربان
اُورَیه یاتان
کوُینَی کاتان
آیلا باتان
گوُنشلی گوُنلریمه
داد , دوز قاتان
هم بیریسل هم اُزَل سن
سن اُزون
فارق وار کی , فارقلئسان
بویوندا آخئشئم گوُر
اُوز قئنندا اُزگور
اُو قئن آرایشنده سن , سن اولدون
بویاق ایله بوی اُزَل
تَپَدَن دئرناغا ناققش سن ایچون
بیر کَسَه بنزَمَدی کیپریک لر
بندلرله , اُ سوموکلر سنه آیید
قاشلارئندا آشئرئم , پوُهردی پوُهره
اُ کیبار دالغا تئلنده
صَدَف دئرناقلار اَلینده
دَرین کی ! قامچئدئ , یومشاق
داورانئش اینجه , مُوکممل
بلکه بیر الله ها آیید
بُویله یالنئز سَنین ایمش
اُ تَچلّ لادا , دوروش
اُ یُوروش
نفسین چَکمَسی آنجاق
بیر نشاندئر سن ایچون
یعنی !
سن , سنسن
سن اُزون
فارق وارکی , فارقلئسان
اِلیمین گُل بالاسئ
داغلارئن قان لالاسئ
باغرئ یانمئش
کوٌز قالانمئش
هِگِمن
بیر دَیَر وار کی اُ دَیجَک داغدار قورقولارئ
سئندئرار اُ قفسی , اُ دُزاغئ
سن ای آسلان قالاسان
سن , سنسن
سن اُوزون
04.04.2020 اِشیلباخ