Yarı Hənək – Yarı Dəyənək

+++++++++++++++++

Tərs ya Avand ( ikinci bölüm )

+++++++++++++++++

Tərs tərsləşdi hər şey tərs oldu

Avand özü belə döndü tərs oldu

Acı alov oldu iti , şirin acı tək

Hamı dadlar kəsdi dili təkə tək

Savaş çalır sülh bağının qapısın

Dincə macal yoxdu özünü tapsın

savaşqanlıq oldu bazar sultanı

Addi millət dinsə tökülər qanı

Savaş olsa həqiqət dinə-bilməz

Bir damla quru-su canlara sinməz

Gərgin olar dünya , savaş halında

Hərc-mərc gizlənər silah dalında

Tapa-bilməz çölmək öz qapağını

Yapa-bilməz təndir öz yapağını

Bax ! şərtlər dəyişib fənalaşanda

Tərs düşər işlərin söz toqqaşanda

İndi gör nə olub ovza nə haldı

Bir bax gör dünyamız nə qeyl-qaldı

İt zoncuqlur , eşşək hürür , at gülür

Şəfa verən dərman xəstəni öldürür

Saydamlıq , pırtlaşıq , eyni olubdu

Mafiya ilə polis bir yerə dolubdu

Dincliyin yerinə , iztirab gəldi

Qışqırağın qulağın rahatlıq dəldi

Mehribanı , darvazadan asdılar

Düşüncəni , dar qəbirə basdılar

Barışıq gizləndi , küsmək dalında

Səviyyə xəstədi , ölüm halında

Ustad hambal oldu səviyyə yendi

Susdu iş-bilənlər ! cahillər dindi

Uzman əkin əkir fəhlə dərs deyir

Nalbənd başqan olub bilənə bəsdir

İncə-sənət ! küçələri süpürür

terorçular , musiqi notu tüpürür

İncavara ölür , ölüm halında

Sinib rüşvət canım hürmət dalında

Qayda qanun qorxdu polis görəndə                                          

Polis alqışladı , qatil öldürən-də

Tövsiyə tığladı , bekarçılıqdan

Bekarlar hamısı çox azadlıqdan

İflic oldu zorun , fikrində baxış

Yerləşə-bilmədi , kəlliyə naxış

İnsanlar gördülər ya ağ ya qara

Bilmədən getdilər haradan hara

Yalan söz onları bətər tovladı

Tamahkarlıq sağa , sola qovaladı

Vatikan onların gözün bağladı

Məkkə-də onların qəlbin dağladı

Od açdı kilisa gözlər qorlandı

Məçid-də ağlatdı ruhlar korlandı

Gör nələr eylədi yalançı dinlər

Nifrət əkdi canım bolluca kinlər

20.08.1998   Eşilbax

یارئ هَنَک – یارئ دَیَنَک

ایکنجی بوُلُوُم

تًرس ترسلشدی هرشئی ترس اولدو

آواند اُزوُ بیله دُوندو ترس اولدو

آجئ آلوو اولدو اِتی شیرین آجئ تک

هامئ دادلار کسدی دیلی تَکَه تَک

ساواش چالئر صلح باغئنئن قاپِسئن

دینجه مجال یوخدو اُزوُنوُ تاپسئن

ساواشقانلئق اولدو بازار سلطانئ

عادّی ملّت دینسه ! توُکُولر قانئ

ساواش اولسا ! حقیقت دینه بیلمز

بیر داملا قورو سو جانلارا سینمز

گرگین اولار دنیا ساواش حالئندا

هرج مرج گیزلنر سلاح دالئندا

تاپا بیلمز چُوُلمک اُوُز قاپاغئنئ

یاپا بیلمز تندیر اُوُز یاپماغئنئ

باخ ! شرطلر دَیشیب فَنا اولاندا

ترس دوٌشر اِشلرین سوُز توققاشاندا

ایندی گور نه اولوب اوضاع نه حالدا

بیر باخ گور دنیامئز نه قیل قالدا

اِیت زونجوقلار, اِششک هوُرَر, آت گولر

شفا وئرئن درمان خسته اولدورر

دینجلیین یئرینه , اظطراب گلدی

قئشقئراغئن قولاغئن راحاتلئق دَلدی

مهربانئ دروازادان آسد ئلار

دُوُشونجَنی دار قَبیره باس دئلار

بارئشئق گیزلندی کوسمک دالئندا

سَوییه خسته دیر اُلوُم حالئندا

استاد همبال اولدو سَوییه یئندی

سوسدو اِیش-بیلنلر جاهیللر دیندی

اوزمان اَکین اَکیر فهله درس دِیر

نالبند باشقان اولوب بیلنه بسدیر

اینجه صنعت کوچلری سوُپوُروُر

ترورچولار موسقی نوتو توُپوُروُر

اینجه وارا اُلوُر , اُلوُم حالئندا

سینب جانئم رشوت حرمت دالئندا

قایدا قانون قورخدو پلیس گوُرنده

آلقئشلادئ پلیس , قاتیل اُلدُرنده

توسییه تئغلادئ به کارچئلئقدان

به کارلار هامئسئ چوخ آزادلئقدان

اِفلیج اُلدو زورون بینینده باخئش

یئرلشه بیلمَدی کللیه ناخئش

انسانلار گوردولر یا آغ یا قارا

بیلمَدن گئتدیلر هارادان هارا

یالان سوُز اُونلارئ بَطَر توولادئ

طاماهکارلئق ساغا , سولا قووالادئ

واتیکان اُونلارئن گوزوُن باغلادئ

مکّه ده اُونلارئن قلبین داغلادئ

اُد آچدئ کلیسا گوُزلر قورلاندئ

مسجده آغلاتدئ روحلار کُورلاندئ

گوُر نَلر اِیلَدی یالانچی دینلر

نفرت اَکدی جانئم بُوللوجا کینلر

20.08.1998   اِشیلباخ