Tapmaca ilə Atmaca
++++++++++++++
Sizdə bu inanılmaz sözü eşidmişdiniz ?
Demək göyün yeddinci təbəqəsində bir ulduz o birisindən sordu və dedi ” ay qaqaş , bir mənə de görüm bu uzaq yoldan o aşağadaki mavi nüqtiyə nə heyran heyran baxırsanmi ? xeyir ola , orası nə yerdmi “?
İkinci ulduz dedi “ orası yer-kürəsi , onun mərkəzindən gözəl mahnılar , nəğmələr gəlməkdədir “!
Birincisi sordu”o mərkəzin adı və qəlbi haradırmı” ?
İkincisi : orası “ AZƏRBAYCAN “
+++++++++++++++
Heç bilirdinizmi çəliyat və saxtakarlıqların çoxunu bilim adamları ilə alimlər edmişdirlər ?
Çün-kü ! kar-kasıblar ilə çobanların bu önəmli işə vəsilələri və instromanları yox imiş .
+++++++++++++++
Heç bilirdinizmi bəşəriyətin nəslinin kəsilməsinə gərçək səbəb təbii fəlakətləri olmayacaqdır ?
Bəlkə füzül və macəra-cu insanlarının xətası bu olayı gərçəkləşdirəcəkdir , elə buna şahid krona-virus.
+++++++++++++++
آی نه دادلئ گولمک کولتورو !
آذربایجان توپلومونون کولتوروندا نئچه نوع گولمک تانئیرسئنئز ؟
Ay nə dadlı gülmək kültürü !
Azərbaycan toplumunun kültüründa neçə növ gülmək tanıyırsınız ??????????????????
Bir - Dodaq qaçma : bir çox incə və səssiz gülüşdür
İki - Gülümsəmə ya gülünsəmə : dodaqdan ta gözə sıçrayan mülaim bir hərəkət ilə sevinci bəyan eyliyən bir sessiz eyni halda çox incə gülüşdür .
Üç - Qısa səslə ya aşağa səslə bir gülüş : bu gülüş saxta nəzərə gəlsədə amma bir eetraz gülüşüdür ki çox zaman hah hah hah yada Baş tovlamaqla hih səsi ilə özünü göstərər , yəni heç-də elə deyil ki sən fikir edirsən tərəf ! mənasınıda daşıyabilən bir gülüşdür .
Elə bu gülüş düz vaxtında olsa yəni yerinə düşsə eyni savabdır bəlkədə icabətdir amma düz zamanında olmasa elə bir savaşın eelanı kimi olacaqdır .
Dörd - Yarı gülüş ya Yarımçılıq gülüş : doğru və ciddi olmayan bir gülüş formasıdır , yəni bir xitab kimidir , əşii konu mənə ciddi deyildi deməkdir .
Beş - Yumuşaq gülüş : söhbət arası bəzi məzah ilə birlikdə gah aşağa gah yuxarı səs ilə özünü bəyan eyliyər , yəni çox təbii və addi gülüşdür( gülməkdir).
Demək ki lətifələrdən ya xod zarafatdan coşan bir gülüşdür ( gülməkdir) .
Altı - Qırcanmaq : bir xəta işin arxasından gələn gülüşdür ki özünə güvəni olmayan şəxsin tərəfindən baş-verəbilər yəni içəridən gələn bir həqiqi gülüş yox bəlkə bir məcburiyətdən yaranan bir səs demək , elə ona görə-də rəqib ya o zat təhqir edərək deyər ” ədə qırcanma ”.
Yeddi - Qığıldamaq : bu gülüş körpə balalara ayiddir ki baldan şirindir .
Səkkiz- Qıqqıldamaq ya hırtıldamaq : normalda toyuqlar qıqqıldıyar ! amma iki adamın ciddi danışığına müzahim bir müəyyən məsafədən olan gülüşlər o mənanı daşıyabilər
Elə o iki adamların birisi o birisinə deyər “ bax gör nə pis qıqqıldayırlar ya hırtıldayirlar “.
Doqquz - Uca gülüş : ya çox sevincdəndir ! yada arxasında bir deməyə sözü olan bir gülüşdür .
Elə lab ucadan gülmək hisləndirici və histerik olmasa ! qaqqıldayıb gülmək ya şaqqıldayıb gülmək yada qəhqəha çəkmək-də ! deyərlər .
çox nadir halda gülüş-qatarı ya gülməyi gülməyə peyvənd vurmaq qavramını-da işlədərlər.
El arası bu uca-gülüşə diyərlər ki əgər içəridən gələn bir gərçək gülüşsə ? öncə bir qəhvə-xananı(kaffa-xananı) və sonra bir küçəni və ən sonra bir şəhərin əhatə edib kapsıyacaqdır , yəni bir şəhəri fəth eyliyən gülüş .
On – bir gülünc qavramıda vardı ki bu gülməklərdən deyildir amma bu söz ilə bir yaxın bağlantısı var .
Elə diyərlər ki tərəf : “ gülünc danışma ,gülünc iş görmə ”
Hal gəlin görəlim , Adı-gözəl nə deyir !
Ən pis və çirkin gülüş özgələrə gülməkdir .
Ən dadlı gülüş toy , bayramda olan gülüşlərdir .
Ən dəyərli gülüş elə normal və addi gülüşdür çünkü bir şənlik daşıyan atın yüküdür , onun içində heç bir hilə pilə yoxdu .
Birdə elə ara-sıra gülmək var ki onun yerinə elə ağlıyasan yaxşıdır !
Çox təəssüflə elə bu yaşadığımız zamanda ruhu həbsdən azad eyliyən gülməklər ! nadir-oğlu nadir olmuşdur .
Dosdu düşmənə çevirən gülüş nə yazıq ki həddindən çoxdu və düşməni dosd eyliyən gülüş nə qədər olsa bir o qədər azdı , bəs siz gəlin onu məşq eyliyək .
Bəs demək bu dünyada zəhlə aparan gülmək nə yazıq ki heçdə az deyildir .
diyəllər ki elə gülmə “ zəhleyi zəndim getdi “
Amma gəlin siz elə bacardıqca gülün onların hamı günahı mənim boynuma , gülün qoy güllər açsın .
İndi siz mənə deyin görüm ? düz yerində və öz zamanında gəlmiyən gülüşə nə diyəllər ?
++++++++++++++++
Tanrısəl əxlaq ilə qatil əxlaqın fəqi !
birincsi özünü özgələr ilə görən olmuşdu amma ikincsi nə yazıq ki təkcə özünü görə-bilmişdi .
++++++++++++++++
heç bilirdiniz İranda pan-fars ya şah ya şeyx şuarını nə təhər yerinə sala-bilmişdir ?
bir- şeyxlərin yalanları ağarıb amma üzləri qaralmışdır
iki- addi millət dünənin fəlakətin unudmuşdur !
üç- İran adlanan yerdə özünü müxalif göstərənlərin elə mən mən davası bu işə səbəb olmuşdur !
dörd- Azərbaycanlıların qəfləti , guya səltənət-tələblər heç bir xətər deyil kimi , inanmışdırlar ! elə babalarımız düz demişdir “ düşmandan əsirgiyən yaranı özündə görər “ .
++++++++++++++++
Ay Pahooov !!
İran qırcanmaq rekorun və yalan rekorun və iki üzlülük ilə şəffafiyətsizlik rekorun dəfələrlə vurmuşdu !
İndi-də Camı-zəhr rekorun ! Ay Pahooov !!
+++++++++++++++++
Elə 50 milyon Azərbaycanlının prezidenti Cənab İlham Əlief çoxlu sər-əncamlardan sonra jurnalistlərə vaxt verdi !
Birinci jurnalist : Cənab prezident heç xəbəriniz vardirmi korona virus münasibəti ilə möhtaclara yardım kampanıyası elə dövlət adamlarının özlərinin arasında paylanmaqdadır ? elə nəzərdə tutulmuş o pul onların cibinə axmadadır ?
Cavab : “ yox bilməyirdim , əgər böylə isə dövlət adamlarına ar olsun “ .
İkinci jurnalist : Cənab prezident , siz Cənablarınız Şahsınızmı ya ki prezident ?
Cavab : “ harda ki mən Putini yansılayıram yəni Putin nə-isə , məndə öylə “.
Jurnalist : bəs nədən Mr Trampı yansılamayırsınız ?
Prezident İlham Əlief Cənabları : “ Mr Tramp çox uzaqdadır ! elə onu yansılamaq çoxda real deyildi , mənə elə gəlir ki o iş ölkyyə çoxa baxar “.
Demək nə yazıq ki üçüncü jurnalisdə çatanda daha vaxt bitmiş idi ! çünkü möhtərəm Prezident bir ayrı sər-əncama getməli idi .
+++++++++++++++++
Böyük Tablo
Elə korona virus sonrası bu yaşadığımız dünyada iqtisadi maraqlardan dolayi çəkişmələr gün bəgün artacaqdır , elə bu gərginlyin dəvamı bəlkədə bir neçə niyabəti şavaşa sonuclaşa-bilsin nəhayət bir yeni dünya arayişinə səbəb olsun .
Görəsən bu yeni dünya iqtsadi , siyasi arayişi bir güncəl mövzu olaraq və onun dubarə dizayini biz Azərbaycanlıları nə təhər etgiliyəcək və biz bu keşmə-keşdə hansı rolu oynayıb və hansı qazancı əldə edə-biləcəyik ? doğrudan elə bu dünyada biz kim və kimsəyik ? bizim tərəf hesabımız kimlərdir ? bu oyunda biz haradayıq və nə eyliyəcəyik ?
Aya milli hərəkət bu tarixi şansı millətimizə qazanabiləcəkmi ?
Aya bu yolda lazimi qədər qabağımızda olan və ehtmal verilən olaylara ( pişbinilərə) milli hərəkətdə iş-birliyinə hazırlıq gedirmi ?