Yarı Hənək – Yarı Dəyənək
+++++++++++++++++
Tərs ya Avand ( üçüncü bölüm )
+++++++++++++++++
Qaç ha qaç idi məhşər günü idi
Birsi şiiyə idi , birsi sünnü idi
Birsi ortodoks , birsi katolik
Birsi yəhudi , hələ bir illik
Budayi almadı mətləb buda-dan
Müsəlman görmədi xeyir xuda-dan
Birsi itirmişdi , dədə babasın
Birsi tapmış idi , yeni əbasın
Birsi ağlayırdı , sevindiyin-dən
Birsi gülürdü ancaq hirsin-dən
Birsi xoş idi , könəzliyin-dən
Oynayırdı birsi , dərdmənliyin-dən
Birsi çox uzaq ana dilindən
Başına çalırdı dərdin əlindən
Birsi qaçırdı , birsi durmuşdu
Birinin gözü açıq , amma uymuşdu
Birsi baxırdı görə bilməyirdi
Birsi sözlü idi, diyə bilməyirdi
Birsi itmiş idi , öz küçəsində
Ruhu banlayırdı , xam beçəsində
Birsi üzürdu , öz kinəsində
Batırdı dərinə tam hiləsində
Birnə öz dini problem idi !
Təəssüflə onu , o bilməyirdi !
Öz allahı birnə olmuşdu qənim
Deyirdi bu qənim mənimdi mənim
Günahı , özgədə görən birsi ?
Səhvini düzəltməz , ölmüş dirisi
Günahlar axtardı özgələrin-də
Batmışdı palçığa lab-da dərin-də
Bir ömür rialist ola bilmədi
İnadı boynundan sala bilmədi
Keçirdi ömürlər , yazıqlıq ilə
Düşürdü uçuruma , hazırlıq ilə
Ərənlər , qalmışdı bu işə heyrət
Şüurdan kasıblar , həmişə həsrət
Bu olay arıfi , eylədi heyran
Nəticə sufini, eylədi giryan
Gözü tox bunlardan , işkəncədəydi
Könlü ac olana , dəyənək dəydi
Din ki bir rəhmət idi , lənət olmuşdu
Yerinə hərb , dava , savaş , dolmuşdu
Dini siyasətə qatıb , evini yıxdılar
Nifaqı məçit-də , hürr buraxdılar
Ocağın çanağı , cırıldı , sındı
Tanrila ilgilər tamam qırıldı
Vəhşilik bir daha , mod ola-bildi
Kəliyə alçaqlıq tez dola-bildi
Reklam sərgiliyən ! cəhalət oldu
Batillər gəlişdi bətalət oldu
Seçənək pis ilə ən pis olmuşdu
Yaxşılıq əriyib sınıb solmuşdu
20.08.1998 Eşilbax