Yarı Hənək – Yarı Dəyənək
+++++++++++++++++
Tərs ya Avand (altıncı bölüm)
Vay dədə bu qədər qar-qarışıqdı
İnsaf nə eyliyəcək ? bulandırıqdı
Sən işlər görürsən tam öz ziddinə
Faciyə çatıbdır ən son həddinə
Dilənçi bəxşişi qadağan etdi
Yol-kəsən tərk etdi ! məclisə getdi
Dəyişdi paltarın tezcə oğuru
Yalançı yalanın eylədi doğru
Ört basdır qaydası ! qanuna döndü
Yanan çırağlarım bir bə bir söndü
Ayı o söz ! qaban o söz ! deyiblər !
Təkcə söz yox bəlkə əməl ediblər !
Göylərə qalxmadan yerə yenərsən !
Məcbur olub yalan çüt-çüt diyərsən
Ne-eyləmək ! əməllər böyə olarkən
Heyran olacaqsan saçını yolarkən
Əl vurma belədi ! başqa yol yoxdu
Humanist ac öldü , qatillər toxdu
Nə qədər varlısan o qədər acsan
Yorulmaz istəyin nə qədər qaçsan
Yalan söz aldadar tamahkarları
Pis günə goyacaq günahkarları
Lazımdirmi varlığın olan yerdə
Qalası gözlərin hər haram şeydə
Razi ol özündən ey insan bəsdi !
Tamah ! kəramətin başını kəsdi
Sevgiyə xərc eylə , istedadını
Eşqdən alarsan hər bir zadını
Yoxsa sən qalarsan pis günə vallah
Necə ki qalmısan ! bilmirsən billah
Biganə olarsan öz kimliyindən
Tamahkar aslanar öz dimdiyindən
Nə isə danişdım çoxları ilə mən
Üzüldüm , usandım ox sözləri ilə mən
Yalnız mən mən idi mənə bir cavab
Çörəyə nan dedi , duru suya ab
Yalnış düşüncələr əbədi qaldı !
Sözü yox məntiqin , bəlkədə laldı
Mən bu sözü çoxlarına oxudum
Hörümçək tək onlara yuva toxudum
Yəni Ayı ilə Cəvizin hekayəsi !
Olub bizə bu gün yol xəritəsi
Üzülmə yox !?! davamlı danışacağam
Qulaq asmasan sən bərk qışqıracağam
Sözü at yerə sən , sahibi tapsın
Əgər çox acısa ? şəkərə qatsın
Çox sözlər deyilər , zarafət ilə
Nöktələr , bir bə bir gələrlər dilə
Bağışlasın məni burda cənablar
Gözləri baxarkən amma yatıblar
Farqı yoxdu , nə fikirin sahibisən
Seçim səninlədir ! özün bilərsən
Təkcə bunu yazan , tərs-avand yazdı !
Çox uca danışdı beynimi qazdı !
Səndə çox danışdın , qardaş Eşilbax
Əl çəkmiyəcəksən durax qışqırax !
Eşilbax 20.8.1998 Alman اشیلباخ
یارئ هَنَک- یارئ دَیَنَک
وای دَده بو قَدَر قار- قارئشئقدئر
انصاف نه ایلییَجک ؟ بولاندئرئقدئر
سن ایشلرَ گورورسن تام اُز ضدّینه
فاجعه چاتئبدئ اَن سون حدّینه
دیلنچی بخششی قاداغا اِتدی
یولکَسَن ترک اتدی , مجلیسه گئتدی
دَیشدی پالتارئن تِزجه اوغورو
یالانچئ یالانئن ایلدی دوغرو
اُرت , باسدئر اَیلَمی قانونا دوندو
یانان چراغلارئم بیر به بیر سوندو
آیئ اُ سوز! قابان اُ سوز ! دِیبلر
تکجه سوز یوخ بلکه عمل ادیبلر
گوی لره قالخماسن یئره یئنرسن
مجبور اُلوب یالان چوت چوت دیرسن
نه ایلَمَک ! عمللر بوُیله اُلارکن
حیران اُلاجاقسان ! ساچئنئ یولارکن
چارَن یوخ بویلدیر , باشقا یول یوخدو
هُمانیست آج اُلدو , قاتیللر توخدو
نه قَدر وارلئسان اُ قَدَر آجسان
یورولماز ایستین نه قَدر قاچسان
یالان سوز آلدادار طاماهکارلارئ
پیس گوُنه قویاجاق گناهکارلارئ
لازیمدیرمی ؟ وارلئغئق اولان یئرده
قالاسئ گوزلرین ؟ هر حرام شئی ده
راضی اُول اُزوندن ای انسان بسدی
طاماه , کرامتین باشئنی کسدی
سِووگییه خرج ایله استعدادئنی
عشقدن آلارسان هر بیر زادئنی
یوخسا سن قالارسان پیس گونه واللاه
نئجه کی قالمئسان ! بیلمیرسن بیللاه
بیگانه اولارسان اٌز کیملییندن
طاماهکار آسلاندئ اٌز دیمدییندن
نه ایسه دانئشدم چوخلارئ ایله من
اوساندئم , اُزولدوم سوز اوخلارئ ایله من
یالنئز من من ایدی منه بیر جاواب
چُوُریه نان ددی دورو سویا آب
سوزو یوخ منطیقین بلکه ده لال دئ
یالنئش دوشونجه لر اَبدی قالدئ
من بو سوزو چوخلارئنا اُخودوم
هوُرومچک تک اُنلارا یووا توخودوم
یعنی ! آیئ ایله جَویزین حکایسی !
اولوب بیزه بو گون یول خریطه سی
اُزولمه یوخ ! داواملئ دانئشاجاغام
قولاغ آسماسان سن ؟ آغلئیاجاغام
سوُزو آت یئره سن , صاحبی تاپسئن
اگر چوخ آجئسا ؟ شکره قاتسئن
چوخ سوزلر دِیلر ضرافت ایله
نکته لر بیر به بیر گلل لر دیله
باغئشلاسئن منی بوردا جَنابلار
گوزلری باخارکن امما یاتئبلار
فرقی یوخدور نه فیکرین صاحبی سن
سئچیم سنینکدَیر ؟ اُزون بیلرسن ؟
تکجه بونو یازان ترس , آواند یازدئ
چوخ اُجا دانئشئب بینمی قازدئ
سنده چوخ دانئشما ! قارداش اِشیلباخ
اَل چَکمیه جکسن دوراخ قئشقئراخ !
اِشیلباخ 20.08.1998