Tapmaca ilə Atmaca
Huraaa , Huraaa ! Bir şad xəbər !
Qarabağın azadlığı dalğası ilə oyanış Güney Azərbaycanda hesablama və say baxımından riyaziyat bilgisini (علم ریاضینی ) mətəl qoymuşdur ! bu elmin və hesablamanın gicəllənməsinin əsli səbəbi yalnız Pan-Farsların hər tərəfli xəbər cəli və yalan , uydurma və dez-informasıyası olmuşdur , bu oyanış millətimizə və milli fəallara qutlu və mübarək olsun .
++++++++++
Kim bilir ? İranın Paşiniyanı kim olacaq ?
Demək qarabağla bağlı bir Paşiniyan hökmən lazim imiş , görəsən güney Azərbaycanla bağlı İran ordusu Paşiniyanın rolunu oynuyacaqdırmı ?
++++++++++
Şok edici bir xəbər ?
Açıq söz sitəsində ya dəgisində yazılan bəzi mətləblər doğrudanda bizlərə bir şok əyləmi yaşadmışdır !
Orada dərc olub yazılan mətləblər arası Azərbaycan və Ərmənistan arasinda ki savaş bir adil olmayan savaş kimi iddea olunmış və tanıtdırılmışdı !
Lütfən bu nadir ixtranın və tayı olmayan kəşfiyatın boyutlarına diqqət eyliyəlim !
Bir - Onlar 30 ildi işqal olunan yerdən yəni Azərbaycan topraqlarından uşaqların və dinc mülkü vətəndaşın bombla öldürülməsini bu davanın bir ədalətsiz dava olduğu qənaətində deyildirlər !!!
İki - Onlar UN-nin o dörd qət-naməsinin Ərməni tərəfindən rədd edilib və icra olunmamasın bu şavaşın bir ədalətsiz dava olduğunun fərqində deyildirlər !!!
Üç – Onlar Ərmənilərin o uzun mənzilli Raketları ilə Azərbaycanin hər gün canın və malın ( yaşamın) təhdid altında saxlamasın bu davanın bir ədalətsiz dava olduğunu görməməzlikdən gəlmişlər !!!
Dörd – Onlar xocalı və xocalı sonrası soy-qırımları ki Ərərmənilərin əli ilə törədilmişdir bu davanın ədalətsiz bir dava olduğunu açığ aydın deməkdən çəkinib və o soy-qırımlar əsasında bu dava bir ədalətsiz savaş olduğunu təqribən inkar edillər !!!
Beş – Onlar bu davanı “məsihiyyə ilə İslam davası ya Ərmənstanla Türkyyənin ”davası yəni bir propaqanda kimi Ərməni tərəfindən göstərilən çabanı ! bu savaşın bir ədalətsız savaş olduğuna lab açıqca gözlərini yummuşlar !!!
Bəs Onların dərdi nədir ???
Onlar deyillər ki bu dava bir adil dava deyildi çün bu davada Ərmənilərin dronası yəni pəhbadı yoxdu ya çox azdı !!!
Burada elə gərus ləhcəsi ilə onlara demək lazimdir ki “ “ Ədə ay əvi xərab , divarı yıxılmışlar ” ???? dünya o Ərmənilərə pulsız , parasız ən modern silahları verirlər bəs siz hardasınız ?
++++++++++
Görəsən xaricdə bu qədər fəlakətlə üz bə üz olan Azərbaycan Diyasporası , bir daha özünə gələcəkdirmi ? bir daha zamanı doğru , dürüst dərk edəbiləcəkmi ? məgər karobçıya ilə Diyaspora olabilərmi ?
++++++++++
Adı-gözəldən sordular qarabağın azadlığında sənin rolun nə olmuşdur ?
O Dedi :” birinci və ən böyük payı Türkyyə dövləti və şəxs Ərdoğan bəy öhdəsinə almışdı ”.
“ İkinci ən böyük payı Azərbaycanın şanlı Ordusu öhdələnmişdir ”.
“ Üçüncü ən böyük payı 50-li milyon Azərbaycanlının çox müqtədir və əziz prezidenti İlham bəy Əliyev sahiblənmişdir”
“ Demək o qalan zəhmətlər , ağrılar , həyacanla sevinclər və yuxusus gecələr , bəzi vaxt şövq-dən ya iztrabdan ağlamalar 50-li milyon gözü yolda Azərbaycanlının cismi ilə canında yaşamaqdadır ki onların birsidə mənəm mən ”.
++++++++++
Açmaz + بُن بست = ?
Uzun zamandı ki Pan-Farsların çirkin əməlləri ilə və onların o xaiyncə davranışların-dan cana gələn Azərbaycanlılar , elə haman Pan-Farsların bu irgənc rəftarlarını doğru və düzgün dəyərləndirmək için ona layiq qavram və istlah tapmaq-dan çətinliklər ilə üz bə üzə qalmışdırlar .
Elə o yazıq və hər deyilənlərə inanan Azərbaycanlılar məyus olan zaman Pahooov sözünü və Əsəbi olan zaman Piii kələməsini istfadə edib çox ağrı ilə mövzunu qəbul eyləmişdirlər .
Amma bu son günlərdə Pan-Farsların xarici işlər naziri yəni Cavad Zərifin söyləmi o qədər səviyəsiz o qədər primitiv olmuşdur ki nə Pahooov sözü və nə Piii kələməsi onların ürəyini sərinlədə bilməmişdir !
O bədəvi nazir demişdir ki “ Daişlərin yəni ies adlanan terror guruhların qarabağda olması heç kimin xeyrinə deyildir ” !
İndi siz qəzavət eyləyin ! bu hər tərəfli avrupalılara nökərçilik eyliyən nazirin yəni Cavad Zərifin söyləm qədərini hansı söz ilə izah etmək mümkündür?
Sizcə ! əgər biz desək o bir Fars Elitəsidir ! biz hər şübhəyə və hər nəyə layiq olan cavab və düzgün qavramı doğru qullanmışıq və eynihalda o hər nəyə düzgün cavabı tam yerində istfadə etmişik , ya yox ?
++++++++++
Siz bilirsinizmi ???
Qarabağ həqiqətləri bu qədər açıq və aydın olduğu yerdə , o ğeybi bilgiyə ulaşa-bilmeyən Azərbaycanlını nə ilə müqayisə etmək mümkündür ?
Bir – insanlıqdan uzaq olan iki ayaqlı bir gic pəri ilə .!
İki – ruhu olmayan bir maddə (materiya ) ilə !
Üç – xəyanət fəlsəfəsi ilə yaşıyan iki ayaqlı insan ilə !
Dörd– saviyet zamanından donub qalan komunist ilə !
Beş – ya inki siz sevdiyiniz ! qavram ilə !
++++++++++
Şəhidlərimizin qanı bahasına , qarabağ davasında nələr qazandıq .
Bir – o əziz qarabağ topraxlarını .
İki – Osmanlı törənləri ilə Səfəvi nəvələrinin iş-birliyin .
Onlari ki bir zaman bir birini qırırrdırlar .
Üç – dünya üzərə o saxta Ərməni ( müytozun) yəni Ərməni məsum və günahsızdır ay amandı ! Ərməniyə əl dəyilməz ! yəni o yalan təqəddüs söyləmini Türkün iradəsi ilə həmişəlik sınıb və aradan getməsinin mümkün olmasının motluluğun yaşamaqdayıq , şəhidlərimizin ruhu şad olsun .
Dörd – elə bu olay Cənubda bir yeni oyanış dalğasına gərçək səbəbkar kimi olmuşdur .
Beş – elə keçmişdə ki məğlubiyətlərdən dolayı bizim düşmanlar tərəfindən yaranan gündəlik təhqirlərdən həmişəlik canımız qurtulmuşdur .
Altı – bir çox gözəl hiss o Əfsanəvi Turan söyləmin bir daha gündəmə gəlib çatmasına bir ciddi nədən olmuşdur .
++++++++++
Bir daha 50 – li milyon Azərbaycanlının möhtərəm prezidenti sayın İlham Əliyev vaxtının az olduğuna görə təkcə bir jurnalistə vax ayirabilmişdir .
Birinci jurnalist : “ çox möhtərəm prezidentmiz , bir neçə başdan xarab Azərbaycanlını çıxmaq şərti ilə 50-li milyon Azərbaycanlıdan sizə salam gətirmişəm , siz özünüzü nə təhər hiss edirsiniz ” ?
Cavab : “ eşq olsun müzəffər ordumuza , mən özümü çox yaxşı hiss edirəm ”.
Bir daha birinci jurnalist : çox möhtərəm prezidentmiz biz jurnalistlər o 50-li milyon millətmizin səmimi şükranların və duvasını gətimişik .
Demək o 50-li milyon millətimiz sizin üzərinizdə olan və hətta qədərindən qat qat artıq olan zor , basqı , və çox yalan , qara yaxmaları düşünüb və siz ali-cənab prezidentmiz qədəri o acıları mənimsəmişdirlər .
Millətimiz o beynal-xalq və uluslar arası olan çeşitli formada zor , basqıları qınayıb və məhkum etmişdir , onlar siz ali-cənab prezidentmizin bu çox basqılara rəğmən dim dik duruşunuzu böyük sayqı ilə öz ruhlarında yaşatmağa çalışmışdırlar .
Demək bütün millətmiz prezidentmizə olan o ağır şərayiti yəni beynalxal arası mafiya əli ilə yaranan çətinlikləri çox dərin analiz edib , siz cənab prezidentmizə minnətdar olaraq sizə bu çətin zamanda səbr və dirəniş arzu etmişdirlər ,
Təbii ki millətimiz öz istəklərini və şükranların bir jurnalistin dili ilə bəyan etmişdirlər .
Jurnalistin bu gözəl sözlərini möhtərəm prezident dayandıraraq o demişdir .
Cavab : “ mən buradan deməliyəm ki millətimizin mənim bu ağır sitvaçiyamı düşündükləri için şükranlarımı deyib və minnətdarlığımı bildirməliyəm .
Allah ordumuza yardım olsun deyə sözünü bitirmişdir”
Bir daha birinci jurnalist : “ möhtərəm prezidentmiz , haçan inşallah Şuşa şəhərinin azadlığın milətimizə elan edəcəksiniz” ?
Elə jurnalistin bu sualı bitən kimi möhtərəm prezidentmizə telefun gəlmişdir , o demişdir ki “ mən getmək məcburiyətindəyəm millətmizə xoş xəbərlərim var və eyn-halda bir surprizim olacaq ”.
Demək o jurnalist prezidentin gülər üzündən anlamışdır ki Şuşa şəhəri azad olunubdur , elə yazıq jurnalist sevincindən haman yerdə donub qalmışdır .
Nə gözəl , millətmizin canı sağ olsun və gələcəyimiz mutlu olsun .
Eşilbax 02.11.202o