Bir topluluq təsəvvür edin...
İllərlə çiyin-çiyinə addımlayan, uğurlar və çətinliklər yaşayan, ancaq həmişə eyni məqsəd uğrunda birləşən insanlar. Fərqli baxışlar, müxtəlif düşüncələr olsa da, əsas olan birlikdə irəliləmək idi.
Lakin zaman keçdikcə hər şey dəyişdi. Topluluğun içində bəziləri özlərini digərlərindən üstün görməyə başladı. Əvvəllər bu, adi bir hal kimi qarşılanırdı “Axı onlar da bizim kimidir” deyə düşünülürdü.
Amma bu yanaşma alışqanlığa çevrildikcə vəziyyət fərqli şəkil almağa başladı. Artıq bəzi insanlar başqalarına yol göstərmək, nəsihət vermək hüququnu özlərində görürdü. Əsas məqsəd birlik deyil, idarə etmək olmuşdu.
İnsan təbiətinin yazılmamış bir qanunu var hər kəs və hər təşkilat özünü dəyərli hiss etmək istəyir. Düşüncələrinin eşidilməsini, fikirlərinə hörmət göstərilməsini arzulayır. Amma bir topluluqda kimlərsə özlərini digərlərindən üstün sayıb, hökmranlıq etməyə çalışanda, bu qaçılmaz şəkildə soyuqluğa və ayrılıqlara səbəb olur. İnsanlar özlərini qiymətsiz hiss edəndə, orada qalmaq istəmirlər və özlərini o topluluqdan uzaqlaşmağa çalışırıar.
Ən pisi isə nə idi? Özlərini “üstün” hesab edən topluluq üyələri təkcə daxili nizam yaratmaqla kifayətlənmirdilər. Onlar eyni zamanda sevmədikləri və ya bəlkədə özlərinə rəqib bildikləri qrupu və kəsimləri gözdən salmağa çalışırdılar. Sözlər, şübhələr, üstüörtülü ittihamlar...
Hər kəs hər şeyin fərqində idi, amma çoxları susurdu. Çünki bilirdilər: “Çamır at, özü qalmasada, izi qalar.”
Əvvəlcə xırda mübahisələr başladı, sonra isə məsafələr böyüdü. Bir zamanlar bir araya gələndə duyulan həyəcan indi huzursuzluq verən sükuta çevrilmişdi. İnsanlar hələ də birlikdə idilər, amma artıq əvvəlki kimi danışa bilmirdilər. Hər kəs bir dəyişiklik hiss edirdi, amma sanki bu dəyişiklik haqqında danışmağa cəsarət etmirdi.
Bir vaxtlar böyük işlər görən insanlar indi birlikdə qalmaqda çətinlik çəkirdi. Çünki bəziləri dostluğu deyil, hökmranlığı seçmişdi. Bəziləri birlik olmağı yox, başqalarını idarə etməyi üstün tutmuşdu. Və ən acısı odur ki, bəlkə də bunu özləri belə dərk etmirdilər.
Heç bir topluluq, heç bir birlik bu cür uzun müddət ayaqda qala bilməz. İnsanlar özlərini lazımsız hiss edəndə, tədricən uzaqlaşırlar. Əvvəl ruhən, sonra isə fiziki olaraq...
Birliyi qoruyan tək şey uğur deyil qarşılıqlı hörmətdir. Hörmət olmadıqda, ən böyük uğurlar belə mənasızlaşır.
Beləcə, illərlə bir yerdə addımlayan insanlar indi bir-birindən uzaqlaşır. Çünki bəzi insanlar dostluğu yox, gücü seçdi. Bəziləri birlik olmağı yox, idarə etməyi üstün tutdu. Və ən pisi bunu anlamaq üçün bəlkə də artıq çox gecdir...
Artırımki bu yazını kimsədən çalmadım öz sözümdür.(Özəl müxatəb)
İmza :Arəş