Güney Azərbaycan Təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə Müraciəti;

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev

Azərbaycan Türklərinin tarixi vətən uğrunda şücaət və fədakarlıqla doludur və bu milli xüsusiyyətimiz bir çox tarixi eniş-yoxuşlara baxmayaraq, millətimizin damarlarında axmaqda davam edir. Müstəqil Azərbaycan Respublikasının uzun illər istibdad və müstəmləkəçilikdən sonra yenidən qurulması bu gün dünyanın hər yerində yaşayan hər bir Azərbaycan Türkünün fəxr etdiyi və dünyadakı bütün Azərbaycan Türkləri üçün yeni bir ümid şüasına çevrildi.

Şübhəsiz bugünki qüdrətli Azərbaycanın yaranmasında Azərbaycan dövlətinin prezidenti və ali baş komandanı olaraq sizin həyati rolunuz danılmazdır. Beynəlxalq diplomatiya sahəsindəki uğurlarınız, Türk və İslam dünyası iclaslarındaki çıxışlarınız, Azərbaycanın tarixi coğrafiyasının taleyi və gələcəyi ilə bağlı həssaslığınız, xüsusilə Qarabağın azadlığı uğrunda aparılan döyüşlərdə müdrik komandanlığınız danılmazdır və millətimizin tarixində əbədi olaraq qeyd olunub. Zati-alinizin dəfələrlə vurğuladığı kimi, dünyanın dörd köşəsində hər bir Azərbaycan Türkünün müqəddəratı və hüququ sizin üçün önəmlidir və siz 50 milyon Azərbaycanlının məsuliyyətini öhdələnibsiniz.

Hörmətli cənab Prezident

Məlumunuz olduğu kimi Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində 35 milyon Türk əhali yaşayır ki onlar istibdad, müstəmləkəçilik, ayrı-seçkilik və inkar siyasəti altında əzilirlər. İran rejimi xalqımıza qarşı assimilyasiya və məcburi köç vasitəsi ilə tarixi torpaqlarımızda cəmiyyət tərkibini dəyişdirmək siyasəti tətbiq edir.  İran rejimi çalışır ki xalqımızın keçmişdə Qarabağ yaşadığı tragediyanın bənzərini  Güney Azərbaycanın qərb bölgələrində və Xəzər sahillərində ortaya çıxartsın. Azərbaycanın böyük qızıl və mis mədənləri kimi təbii ehtiyatları talan edilir və Azərbaycanın təbiəti qəsdən məhv edilir. Urmu Gölü fəlakəti bunun bariz nümunəsidir. Tarixi kimliyimizin önəmli hissəsi və atalarımızın mirası olan tarixi binalar və abidələr son yüz il ərzində sistemli şəkildə dağıdılıb və bu çirkin siyasət indi də davam edir. Ana dilimiz Azərbaycan Türkcəsi sistemli şəkildə inkar və məhv edilir.

İranda şiəlik adı altında şüubiyyəçilik siyasəti aparılır. Yanı Şiəlik örtüyü altında fars milliyyətçiliyi siyasəti yürüdülür. Məhz bu ideologiyaya görə İran rejimini Qarabağ münaqişəsində işğalçı Ermənistanın tərəfini tutdu və güya "şiə qardaşlarını" kürəyindən bıçaqladı.

Azərbaycanın kimliyini və milli varlığını dinc və mədəni yollarla müdafiə edən Güney Azərbaycanın Türk övladları şiddət və işgəncələrə məruz qalır və uzun müddətli həbs cəzasına məhkum edilir. Yaxud iş yerində, məktəbdə vəya universitetdə fəqli fərqli basqılara məruz qalır.

Biz bilirik ki sizin Güney Azərbaycana qarşı tətbiq olan ayrı-seçkilik və repressiyalar haqqında bilginiz var  ona görə də zati-aliniz Güney Azərbaycanda yaşayan soydaşlarınızın hüquqları və taleyi ilə bağlı narahatlığınızı dəfələrlə dilə gətiribsınız.

Hörmətli cənab Prezident;

Biz Güney Azərbaycan təşkilatları olaraq millətimizə qarşı tətbiq edilən təzyiqləri və represiyaları beynəlxalq səviyyədə, Türk və İslam dünyası ölkələri iclaslarında dilə gətirərək səsimiz olmağınızı sizdən xahiş edirik. Sizdən xahiş edirik ki Güney Azərbaycanda xalqımızın tapdalanan hüquqlarının müdafiəçisi olmağa davam edəsiniz və əminik ki, sizin müdrik siyasətiniz sayəsində Güney Azərbaycan da bir gün öz hüquqlarını almağa nail olacaq.

Biliniz ki on milyonlarla Güney Azərbaycan Türkünün qəlbi sizinlədir və ikinci Qarabağ savaşında olduğu kimi xalqımız lazım olanda Quzey Azərbaycandakı bacı-qardaşları üçün heç bir dəstəyi və fədakarlığı əsirgəməyəcəkdir.

Yaşasın Müstəqil Azərbaycan Dövləti və Milləti

Güney Azərbaycan Demokrat Partisi

(Güney) Azərbaycan Mərkəz Partiyası - AMP

(Güney) Azərbaycan Milli Dirəniş Təşkilatı - Dirəniş

(Güney) Azərbaycan Öyrənci Hərəkəti - AZOH

12/12/2023

نامه سازمانهای آزربایجان جنوبی به رئیس جمهور آزربایجان

رئیس جمهور محترم جمهوری آزربایجان جناب الهام علی اف

با سلام و احترام

تاریخ تورک های آزربایجان مملو از رشادت، فداکاری و از خود گذشتگی در راه وطن می باشد و این عصاره ملی، باوجود فراز و نشیب های فراوان تاریخی همچنان  در رگ ملت مان جاری می باشد. ظهور جمهوری مستقل آزربایجان پس از سال ها استبداد و استعمار بارقه امید دوباره ای برای همه تورک های آزربایجان در جهان گردید که امروزه هر تورک آزربایجانی در هر کجای جهان بدان فخر می کند.

بی تردید شما به عنوان رئیس جمهور و فرمانده نیروهای مسلح آزربایجان در ساختن آزربایجان قدرتمند امروز نقش حیاتی داشتید. نقش شما در عرصه دیپلماسی بین المللی، نشست های جهان تورک و اسلام و حساسیتان در خصوص سرنوشت و آینده جغرافیای تاریخی آزربایجان خصوصا نبردهای رهایی بخش قاراباغ غیر قابل انکار و در صفحات تاریخی این ملت بصورت ابدی ثبت شده است. همانگونه که جنابعالی بارها تاکید و اشاره کرده اید، درد هر تورک آزربایجانی در هر جای جهان درد شماست و به گفته خودتان سرنوشت و حقوق ۵۰ میلیون آزربایجانی به عنوان مسئولیتی تاریخی برای جنابعالی مهم است.

جناب آقای رئیس جمهور؛

همان گونه که مستحضر هستید قریب به ۳۵ میلیون شهروند تورک تبار ایران در آزربایجان جنوبی و مناطق مختلف کشور بنا به دلایل و فراز و نشیب های تاریخی در جغرافیایی که فعلا ایران نامیده می شود با استبداد، استعمار، تبعیض و انکار مواجه هستند. در ایران مردم ما با سیاست آسیملاسیون، تصفیه هویتی و تغییر ساختار جمعیتی  بسیار جدی قرار دارند. بستر سازی و پروژه های کلان مهاجرتی و تغییر ترکیب جمعیتی در اراضی تاریخی آزربایجان در حال اجراست.

تراژدی دردناک «قاراباغ» گام به گام در مناطق غربی و سواحل دریای خزر در حال اجراست تا ارتباط ژئواستراتزیک آزربایجان جنوبی با آزربایجان شمالی و تورکیه قطع شود.

ذخایر و سرمایه های طبیعی آزربایجان مانند معادن بزرک طلا و مس تاراج می شوند و طبعیت آزربایجان عامدانه تخریب می شود که فاجعه دریاچه اورمیه نمونه روشن آن است.

بناهای تاریخی باقی مانده از اجدادمان که شناسنامه ملتمان هستند صد سال است به صورتت سیستماتیک تخریب می شود و این سیاست ننگین هنوز ادامه دارد.

زبان مادریمان تورکی آزربایجانی بصورت سیستماتیک انکار و نابود می شود.

در ایران سیاست شعوبیه گری تحت نام شیعه گری دنبال می شود که در نتیجه آن دیدیم رژیم ایران چگونه در مناقشه قاراباغ جانب ارمنستان اشغالگر را گرفت و چگونه به اصطلاح برادران شیعه خود را از پشت با خنجر زد.

جناب آقای رئیس جمهور ؛

فرزندان تورک آزربایجان جنوبی که بصورت غیر خشونت آمیز و در چارچوب مطالبات انسانی اقدام به دفاع از هویت و بقاء ملی آزربایجان می کنند بشدت سرکوب، شکنجه  و به زندان های طویل المدت محکوم می شوند.

جنابعالی بارها در مناسبات مختلف نگرانی خود درباره حقوق و سرنوشت هم تبارانتان در آزربایجان جنوبی را به زبان آورده اید و ما بخوبی آگاه هستیم شما همانگونه که به مسائل و معادلات حساس منطقه اشراف کامل دارید به مسائل، تبعیض ها و سرکوب های اجرا شده علیه تورک های آزربایجان جنوبی نیز نیز آگاه هستید.

ما بعنوان سازمان های آزربایجان جنوبی از شما  درخواست داریم  زبان گویای دردها و رنج های ملت مان در سطوح بین المللی، جهان تورک و اسلام باشید. ما از شما درخواست داریم همچنان حامی و مدافع حقوق پایمال و دریغ شده مردمان در آزربایجان جنوبی باشید و با درایت و بصیرت سیاسی که در شما می بینیم مطمئن هستیم شما این کار را به صلاح دید خود به نحو احسن می توانید انجام دهید.  

بدانید که قلب دهها میلیون تورک آزربایجانی جنوبی با شماست و همچنانکه در جنگ دوم قاراباغ نیز اتفاق افتاد بدانید که مردم ما به زمان لزوم از هیچ حمایت و فداکاری برای خواهران و برادران خود در آزربایجان شمالی دریغ نخواهند کرد.

پایدار باد ملت و دولت مستقل آزربایجان

تشکیلات مقاومت ملی آزربایجان – دیرنیش

جنبش دانشجویی آزربایجان – آزوح

حزب دمکرات آزربایجان جنوبی – گآدپ

حزب مرکز آزربایجان

۲۱ آذر ۲۰۲۳