دونيا ايجتيماعيتي و اولوسلار آراسي اينسان حاقلاريني مودافيعه ائدن تشكيلاتلارا خيطاب !
ایران رئژیمی کئچن 38 ایل ایچینده دفعه لرجه ثبوت ائدیبدیر اونا اولان قارشی سیاسی فعالیتلره یالنیز بیر جاوابی واردیر؛ میللی-ایجتیماعی حرکتلر نه اولور اولسون سوسدورولمالی، سیاسی فعاللار توتوقلانیر آغیر جزالارا محکوم اولمالی، گرکیرسه ایشکنجه اولور اولدورولمه لیدیرلر.
ایران رئژیمی بیر حالا گلیر چاتیبدیر سیاسی فعاللار دونيا اينسان حاقلاري بياناتيندا درج اولان یاسالاری یوخ، ایرانین اٶز قانونلاريندا نظره آلينميش حاقلاري بیله قوللانديقدا ایرانین "تهلوكه سيزليگی" تهلوكه يه دوشور! و بئله لیکله رئژيمين اسارتينده ياشايان بوتون اينسانلار چوخ راحاتليقلا چوخ آغير جزالارا محكوم اولورلار.
سون زامانلار آچیقلانمیش حٶكم اساسيندا، سیاسی فعاليتله مشغول اولان آذربايجانلي تانینمیش میللی فعال سیامک میرزائی- 10 ايل حبس و 2 ایل سورگونلوک جزاسينا محکوم اولموشدور. وئریلن جزا، نظره آلینان سوچ و یازیلان محکمه قراری اوقدر گولونج و ساختا سئناریودور سانکی ایران رئژیمی سیامک میرزائی یه وئریلن بو آغیر حوکمله بيرداها اينسان حاقلارينا نه قدر لاقئيد اولماسيني ووروغولاماق ايسته ميشدير.
ايران ايسلام جومهوريتي گونئی آذربايجان سياسي فعاللاريني اوزون موددت آزادليقدان محروم ائتمكله، گونئي آذربايجان آزادلیق موجاديله سيني كادر باخيمیندان يوخسونلاتماق ایسته ییر. بيز گونئی آذربايجانين ایستعدادلي گجنلريني زيندانلاردا چورودمك سياستيني بير راسیستی-ایستیعماری سياست كيمي قيمتلنديرير، بو چیرکین قئیری اینسانی سیاستی محکوم ائدیریک.
بيز آذربايجان سياسي تشكيلاتلاری بو آغير حبس جزالاريني شيددتله قينايير، توتساق میللی فعاللارین قئید شرطسیز آزادليغيني طلب ائديريك. سیامک میرزائی یه وئریلن حوکم درحال لغو ائدیلمه لی، بو میللی فعالی ایشکنجه ائدیب توتساق ساخلایانلار جزالاندیریلمالیدیرلار.
یاشاسین گونئی آذربایجان آزادلیق حرکاتی
- آذربایجان دئموکراتیک بیرلیگی- بیرلیک
- آذربایجان اؤیرنجی حرکتی- آذوح
- دونیا آذربایجانلیلاری کونقرئسی- داک
- گونئی آذربایجان دئموکرات پارتیاسی- گادپ
- گونئی آذربایجان لیبرال دئموکرات پارتیاسی- گالدپ
- گونئی آذربایجان سوسیال دئموکرات پارتیاسی
- واهید موستقیل آذربایجان جبههسی
03-02-2017
Ortaq bildiri: Ağır həbs cəzasına məhküm olmuş "Siyamək MİRZAYİ"nin azadlığına çağırış
Dünya ictimaiyəti və uluslar arası insan haqlarını müdafiə edən təşkilatlara xitab !
İran rejimi keçən 38 il içində dəfələrcə subut edibdir ona olan qarşı siyasi fəaliyətlərə yalnız bir cavabı vardır; milli-ictimai hərəkətlər nə olur olsun susdurulmalı, siyasi fəallar tutuqlanır ağır cəzalara məhküm olmalı, gərəkirsə işkəncə olur öldürülməlidirlər.
İran rejimi bir hala gəlir çatıbdır siyasi fəallar dünya insan haqları bəyanatında dərc olan yasaları yox, İranın öz qanunlarında nəzərə alınmış haqları bilə qullandıqda İranın "təhlükəsizliyi" təhlükəyə düşür! Və beləliklə rejimin əsarətində yaşayan bütün insanlar çox rahatlıqla çox ağır cəzalara məhküm olurlar.
Son zamanlar açıqlanmış hökm əsasında, siyasi fəaliyətlə məşğul olan Azərbaycanlı tanınmış milli fəal Siyamək MİRZAYİ- 10 il həbs və 2 il sürgünlük cəzasına məhküm olmuşdur. Verilən cəza, nəzərə alınan suç və yazılan məhkəmə qərarı oqədər gülünc və saxta senariyodur ki sankı İran rejimi Siyamək MİRZAYİ-yə verilən bu ağır hükmlə birdaha insan haqlarına nəqədər laqeyd olmasını vurğulamaq istəmişdir.
İran islam cümhuriyəti Güney Azərbaycan siyasi fəallarını uzun müddət azadlıqdan məhrum etməklə, Güney Azərbaycan azadlıq mücadiləsini kadr baxımından yoxsunlatmaq istəyir. Biz Güney Azərbaycanın qabiliyyətli gənclərini zindanlarda çürüdmək siyasətini bir rasisti-müstəmləkəçi siyasət kimi qimətlnədirir, bu çirkın qeyri insani siyasəti məhküm edirik.
Biz Azərbaycan siyasi təşkilatları bu ağır həbs cəzalarını şiddətlə qınayır, tutsaq milli fəalların qeyd şərtsiz azadlığını tələb edirik. Siyamək MİRZAYİ-yə verilən hükm dərhal ləğv edilməli, bu milli fəalı işkəncə edib tutsaq saxlayanlar cəzalandırılmalıdırlar.
Yaşasın Güney Azərbaycan azadlıq hərəkatı
- Azərbaycan Demokratik Birliyi- BİRLİK
- Azərbaycan Öyrənci Hərəkəti- AZOH
- Dünya Azərbaycanlıları Konqresi- DAK
- Güney Azərbaycan Demokrat Partiyası- GADP
- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
- Güney Azərbaycan Sosyal Demokrat Partiyası
- Vahid Müstəqil Azərbaycan Cəbhəsi
03-02-2017